Bizi izləyin

Premyer-liqa

Lider seriyanın davamı, "Kəpəz" sindromu qırmaq üçün "savaşacaq"

Bu gün Topaz Premyer Liqasında 34-cü turun oyunları ke&cce…

blank
Bu gün Topaz Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, eyni gündə oynanılan qarşılaşmalardan 3-ü paytaxtda, 1-i Gəncədə, digəri isə Sumqayıtda baş tutacaq. 
11 may (çərşənbə)
AZAL – “Zirə”
16:00, "AZAL Arena"
Hakimlər:
Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Ötən tur “Neftçi”yə məğlub olub, turnir cədvəlində “ağ-qaralar”la xal fərqinin 2-ə düşməsindən sonra şüvəlanlılar bu matçda qələbə üçün çalışacaq. “Neftçi”nin çətin Gəncə səfərində xal itirmək ehtimalının olduğunu nəzərə alsaq, Tərlan Əhmədovun yetirmələri qazanılacaq qələbə sayəsində aradakı xal fərqini artıra bilər. Qonaqlar isə 2-ci pillədəki yerini qorumağa çalışacaq. 
AZAL – “Zirə”: 3 oyun, +1=0-2, top fərqi – 3:5
BU MÖVSÜM… 
… AZAL öz meydanında: 17 oyun, 11 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 18:9
… “Zirə” səfərdə: 16 oyun, 5 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 14:13 
“Zirə” 1:0 AZAL
AZAL 1:0 “Zirə”
“Zirə” 4:2 AZAL

 
OYUNDAN NOTLAR 
• Cəza səbəbindən oyunu heç kim buraxmayacaq.  
• Nuqzar Kvirtiya, Aleksandr Quruli, Stanislav Namaşko, Adan Koronado (hamısı AZAL), Kamal Bayramov, İqor İvanoviç, Nelson Bonilya, Viktor İqbekoyi və Vüqar Mustafayev (hamısı “Zirə”) cəza həddindədi. 
• Zədə səbəbindən Tagim Novruzov, Seymur Əsədov və Kamal Mirzəyev komandasına kömək edə bilməyəcək.
• AZAL cari mövsümdə “AZAL Arena”da məğlub olmayıb. 
• Tərəflərin duelində heç-heçə qeydə alınmayıb.
    
HAKİM
Bu, Elvin Əsgərovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 11-ci matç olacaq. Referi indiyədək sözügedən komandalardan AZAL-ın 2 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “təyyarəçilər” 1 xal toplayıb. Əsgərov bu görüşlərdə Şüvəlan təmsilçisinin 6, rəqiblərinin 1 futbolçusuna sarı vərəqə göstərib. Referi cari mövsümdə ilk dəfə “Zirə”nin oyununa təyinat alır.  
“Kəpəz” – “Neftçi” 
16:00, Gəncə şəhər stadionu
Hakimlər:
Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
15 ildən sonra avrokuboklara vəsiqəni təmin edən “Kəpəz”in indi əsas hədəfi bürünc medalları təmin etməkdi. Bundan başqa, qərblilər əzəli rəqibi “Neftçi” ilə oyunda evdə 16 illik qələbəsizlik seriyasına son qoymaq arzusundadı. Bakılılar isə avrokuboklara iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdı. 
“Kəpəz” – “Neftçi”: 42 oyun, +16=7-19, top fərqi 40-65
BU MÖVSÜM… 
… “Kəpəz” öz meydanında: 16 oyun, 8 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 23:10
… “Neftçi” səfərdə: 16 oyun, 6 qələbə, 4 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 16:18. 
“Neftçi” 0:0 “Kəpəz”
“Kəpəz” 1:1 “Neftçi”
“Neftçi” 2:3 “Kəpəz”

 
OYUNDAN NOTLAR 
• Cəza səbəbindən oyunu Erik Ramos (“Neftçi”) buraxacaq.  
• Dario Frederiko, Şəhriyar Əliyev, Azad Kərimov (hamısı “Kəpəz”), Məqsəd İsayev və Jairo Filyo (hər ikisi “Neftçi”) cəza həddindədi. 
• Zədə səbəbindən Dario Frederiko və Ceyhun Cavadov (hər ikisi “Kəpəz”) Nikolas Kanales Kamran Nəcəfzadə, Xuan Melli (hamısı “Neftçi”) komandasına kömək edə bilməyəcək.
• “Kəpəz” 16 ildi evdə “Neftçi”ni məğlub edə bilmir. 
• Cari mövsümdə “Neftçi” “Kəpəz”i məğlub edə bilməyib.
• “Kəpəz” cari mövsümdə evdə yalnız 2 dəfə “Qarabağ”a məğlub olub.
    
HAKİM
Bu, Fariz Yusifovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 19-cu matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Kəpəz”nin 7 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə qərblilər 9 xal toplayıb. O, bu görüşlərdə əyalət təmsilçisinin 20,rəqiblərinin isə 16 futbolçusuna sarı vərəqə göstərib. Bundan başqa o, gəncəlilərin 2 oyunçusunu meydandan qovub, bir dəfə onların, bir dəfə isə rəqiblərinin qapısına penalti təyin edib. 4 dəfə “Neftçi”nin oyununu idarə edən Yusifov ümumilikdə bakılıların 3 xal qazanmasının şahidi olub. Referi “ağ-qaralar”ın və rəqiblərinin 10 futbolçusuna sarı vərəqə göstərib. Elə “qırmızı”ların da sayı eynidi – 1:1. Ədalət təmsilçisi 1 dəfə isə bakılıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. 
“İnter” – “Xəzər Lənkəran” 
17:00, “İnter Arena”
Hakimlər:
Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
Baş məşqçisiz qalan “Xəzər Lənkəran”ın səfərdə “İnter”dən xal alacağı inandırıcı görünmür. Bakılılar qalib gəlməklə avrokuboklara vəsiqəni təmin edib, UEFA-nın verdiyi cəzanı ilk ilindəcə çəkə bilər. Lənkəranlıların isə ən yaxşı halda ümidi 1 xaladı. Bu gedişlə onların ümidi sonra turda “Rəvan”la liqada qalmaq uğrunda finala bərabər matça qalacaq.
“İnter” – “Xəzər Lənkəran”: 35 oyun, +14=15-6, top fərqi – 40:29 
BU MÖVSÜM… 
… “İnter” öz meydanında: 16 oyun, 9 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 21:12
… “Xəzər Lənkəran” səfərdə: 16 oyun, 1 qələbə, 3 heç-heçə, 12 məğlubiyyət, top fərqi – 4:24. 
“Xəzər Lənkəran” 2:0 “İnter”
“İnter” 2:0 “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” 0:1 “İnter”

 
OYUNDAN NOTLAR 
• Cəza səbəbindən oyunu Abbas Hüseynov (“İnter”) buraxacaq.  
• Zurab Xizanişvili, Mirhüseyn Seyidov, George Lomaya, Laşa Sulukvadze və Yuri Fomenko (hamısı “İnter”), Kamran Abdullazadə və Vüqar Bəybalayev (hər ikisi “Xəzər Lənkəran”) cəza həddindədi.
• Zədə səbəbindən Rauf Əliyev, Zurab Xizanişvili (hər ikisi “İnter) komandasına kömək edə bilməyəcək.
• İcarə əsasında “Xəzər Lənkəran”da çıxış edən Tural Qürbətov müqaviləsindəki bəndə əsasən, məxsus olduğu “İnter”ə qarşı oyunlarda forma geyinə bilməz.
• “Xəzər Lənkəran” Ömər Paşayevin idarə etdiyi oyunlarda xal qazana bilməyib.
• “Xəzər Lənkəran”ın cari mövsümdə qazandığı 3 qələbədən biri “İnter” üzərindədi.
HAKİM
Bu, Ömər Paşayevin cari mövsümdə baş hakim kimi idarə edəcəyi 20-ci matç olacaq. Referi indiyədək sözügedən komandalardan “İnter”in 4 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə bakılılar 6 xal toplayıb. O, bu görüşlərdə paytaxt təmsilçisinin 9,rəqiblərinin isə 2 futbolçusuna sarı vərəqə göstərib. Fit sahibi, həm bankirlərdən və əks düşərgədən 1 oyunçunu meydandan qovub. Bundan başqa, o, “İnter”in matçlarında bir dəfə “göy-ağlar”ın lehinə, iki dəfə əlehinə olmaqla 3 penalti təyin edib. 3dəfə “Xəzər Lənkəran”nın oyununu idarə edən Paşayev lənkəranlıların xal qazanmasının şahidi olmayıb. Referi “ağ-yaşıllar”ın və rəqiblərinin 4 futbolçusuna sarı vərəqə göstərib. 
“Sumqayıt” – “Rəvan” 
18:00 , “Kapital Bank Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov 
Artıq mövsümü 8-ci yerdə başa vuracağı bilinən “kimyaçılar” bu oyuna azarkeşlərini sevindirmək üçün çıxacaq. Əvəzində qonaqlar üçün qazanılacaq xal və ya xallar önəmlidi. Belə ki, qələbə və ya heç-heçə bakılıların turnir cədvəlinin zirzəmisindən xilas olmasına kömək edə bilər. 
BU MÖVSÜM… 
… “Sumqayıt” öz meydanında: 16 oyun, 4 qələbə, 7 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 19:21
… “Rəvan” səfərdə: 17 oyun, 1 qələbə, 6 heç-heçə, 10 məğlubiyyət, top fərqi – 16:31. 
“Rəvan” 0:0 “Sumqayıt”
“Sumqayıt” 3:3 “Rəvan”
“Rəvan” 1:2 “Sumqayıt”

 
OYUNDAN NOTLAR 
• Cəza səbəbindən oyunu heç kim buraxmayacaq.  
• Bəxtiyar Həsənalızadə, Amit Quluzadə, Murad Ağayev, Cəmil Hacıyev (hamısı “Sumqayıt”), Nuran Qurbanov, Novruz Məmmədov və Elvin Əliyev (hamısı “Rəvan”) cəza həddindədi.
• Zədə səbəbindən Elvin Əliyev, Cəmşid Məhərrəmov, Orxan Lalayev, Yamin Ağakərimzadə (hamısı “Rəvan”) komandasına kömək edə bilməyəcək.
• Elvin Həsənəliyev (“Rəvan”) səhhətindəki problemlərə görə matçda iştirak edə bilməyəcək. 
• Əziz Hüseynovun (“Rəvan”) atası rəhmətə getdiyinə görə matçda iştirak edə bilməyəcək.
• Bu komandaların son 7 matçında meydan sahibi qalib gələ bilməyib.
• “Sumqayıt” son 6 qarşılaşmada bu rəqibinə məğlub olmayıb. 
• “Rəvan” cari mövsümdə yeganə səfər qələbəsini 12-ci turda “Neftçi” üzərində qazanıb. 
HAKİM
Bu, Rəvan Həmzəzadənin cari mövsümdə baş hakim kimi idarə edəcəyi 13-cü matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Sumqayıt”ın 4 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “kimyaçılar” 9 xal toplayıb. O, bu görüşlərdə sumqayıtlıların 11, rəqiblərinin isə 4 futbolçusuna sarı vərəqə göstərib. 2 dəfə “Rəvan”nın oyununu idarə edən Həmzəzadə bakılıların xal qazanmasının şahidi olmayıb. Referi “sarı-qırmızılar”ın 3 rəqiblərinin 4 futbolçusuna sarı vərəqə göstərib. Bundan başqa o, “Rəvan”ın iştirakı ilə keçirilən matçlarda 2-i bakılıların lehinə, digəri isə əlehinə olmaqla 3 penalti təyin edib.
“Qarabağ” – “Qəbələ”
19:00, “Əlincə Arena”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Cari mövsümün çempionun bu matçda yeganə məqsədi “Qəbələ”yə qarşı məğlubiyyətsiz oyunlar seriyasını uzatmaqdı. Çempion olmağına baxmayaraq, əsas heyət futbolçularına istirahət verməyən Qurban Qurbanov komandasının kökdən düşməməsinə çalışır. Ağdamlıların “qırmızı-qaralar”la oyuna əvvəlki motivasiya ilə çıxacağını gözləmək olar. Ötən tur “Zirə”ni səfərdə böyük hesabla üstələyən Roman Qriqorçukun yetirmələri isə qalib gəlməklə ən azı ötən mövsüm olduğu kimi bürünc medalları qazanmaq iddiasındadı. 
“Qarabağ” – “Qəbələ”: 31 oyun, +14=10-7, top fərqi – 42:29
BU MÖVSÜM… 
… “Qarabağ” öz meydanında: 16 oyun, 13 qələbə, 3 heç-heçə  – 35:6
… “Qəbələ” səfərdə: 16 oyun, 9 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi –22:14. 
“Qəbələ” 2:2 “Qarabağ”
“Qarabağ” 1:1 “Qəbələ”
“Qəbələ” 1:2 “Qarabağ”

 
OYUNDAN NOTLAR 
• Cəza səbəbindən oyunu Vitali Vernidub və Rəşad Sadiqov (hər ikisi “Qəbələ”) buraxmayacaq.  
• İlqar Qurbanov (“Qarabağ”), Samir Zərgərov, Ruslan Abışov, Arif Daşdəmirov, Aleksey Antonov, Rikardinyo və Asif Məmmədov (hamısı “Qəbələ”) cəza həddindədi.
• Zədə səbəbindən Rahid Əmirquliyev, Muarem Muarem (hər ikisi “Qarabağ”), Dodo və Rafael Santos (hər ikisi “Qəbələ”) komandasına kömək edə bilməyəcək.
• “Qarabağ” son 4 oyunda “Qəbələ”yə məğlub olmayıb. 
• Tərəflərin son 5 duelində qonaq komanda məğlub olmur.
• “Qarabağ” cari mövsümdə evdə məğlub olmayan yeganə komandadı.
• “Qarabağ” qış fasiləsindən sonra evdə bütün oyunları qələbə ilə başa vuran yeganə komandadı. 
HAKİM
Bu, Rəhim Həsənovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 23-cü matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Qarabağ”ın 2 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə ağdamlılar 2 xal toplayıb. O, bu görüşlərdə “atlılar”ın 4, rəqiblərinin isə 2 futbolçusuna sarı vərəqə göstərib. 8 dəfə “Qəbələ”nin oyununu idarə edən Həsənov “qırmızı-qaralar”ın 14 xal qazanmasının şahidi olub. Referi qəbələlilərin 21, rəqiblərinin 16 futbolçusuna sarı vərəqə göstərib. 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm