Milli komanda
Rövnəq Abdullayev: "Bu komandanı AÇ-2020-yə hazırlamaq lazımdı"
Bu gün 17 yaşadək futbolçular arasında Bakıda təşkil…
Bu gün 17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatının "A" qrupunda son turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici turda millimiz Şotlandiya yığması ilə qarşılaşıb.
Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qol millimizə minimal hesablı qələbə qazandırıb – 1:0. Qarşılaşmanı canlı izləyən AFFA-nın prezidenti Rövnəq Abdullayev qarşılaşmdan sonra matçla bağlı fikirlərini bölüşüb. O, oyundan və komandanın çıxışından razı qaldığını qeyd edib:
"Millimiz yaxşı oynadı. Gənclərdə artıq ilk oyunun qorxusu qalmayıb. Digər komandalardan fərqli olaraq, bizim yığmamız yarışa rəsmi matç oynamadan hazırlaşdı. Bizimkilər isə qüvvələrini yalnız yoxlama matçlarında sınadı. Belçika və Şotlandiya 54 ölkənin arasında seçilmiş komandalardı. Bu qələbə də sübut etdi ki, 17 yaşlılarımız düzgün yoldadı. Portuqaliya yarışın favoritlərindəndi. Təqvim fərqli olsaydı, nəticə də başqa cür ola bilərdi.
İndi bu komandanı 2020-ci ilə hazırlamaq lazımdı. Biz də çalışacağıq ki, əlimizdən gələni edək. Təbriz Həsənovun işindən də razıyam".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı