Ölkə futbolu
“Qəbələ”nin çempionluq kuboku sevinci – VİDEO
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında mübarizə apara…
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünün qalibi olan “Qəbələ” klubuna çempionluq kuboku təqdim olunub. Futbolinfo.az xəbər verir ki, ötən gün AZAL-a qarşı keçirilən görüşdən sonra şimal təmsilçisi qızıl medallarına və kubokuna qovuşub.
Mükafatları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim edib. Mükafatlandırma mərasimindən videoreportajı təqdim edirik.