Milli komanda
Millimiz DÇ-də ilk matçını Mərakeşə qarşı keçirəcək
Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionat…
Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, Kolumbiyanın Medellin şəhərində keçirilmiş püşkün nəticəsində Azərbaycan millisinin İran, İspaniya və Mərakeş yığmaları ilə birgə F qrupunda mübarizə aparacağı bəlli olub.
Artıq komandamızın oyunlarının təqvimi də bəllidir. Belə ki, millimiz ilk oyunun sentyabrın 12-də Mərakeşə qarşı keçirəcək. Sentyabrın 15-də futzalçılarımızı İspaniya ilə görüş gözləyir. Qrupdakı son matçımız isə ayın 18-də İranla olacaq.
Azərbaycan yığmasının bütün oyunları Medellin şəhərində baş tutacaq və yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə gecə saat 3:00) start götürəcək.