Premyer-liqa
Svanadze: "Avroliqada mübarizə aparmağa hazırıq"
Azərbaycan Premyer Liqasının 36-cı turunda evdə "Zirə"…
Azərbaycan Premyer Liqasının 36-cı turunda evdə "Zirə"ni minimal hesabla məğlub edən "İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis bunları deyib:
– Mövsümün sonundan razıyam. Uşaqların oyunundan razı qaldım. Düzdü, bəzi oyunlar var idi ki, daha yaxşı nəticə göstərə bilərdik. 4-cü pillədəki yerimizdən razıyam.
– Bundan öncə demişdiz ki, heyəti gəncləşdirmək istəyirəm. Demişdiz ki, mövsümün sonunda konkret kimlərin komandadan ayrılacağını deyəcəksiz…
– Bu gün konkret ad çəkə bilmərəm ki, kimlər komandadan gedəcək. Ancaq bəzi futbolçuların gedəcəyi dəqiqdi. Komandanın gəncləşdirilməsilə bağlı fikrimdə qalıram.
– Bu gün konkret ad çəkə bilmərəm ki, kimlər komandadan gedəcək. Ancaq bəzi futbolçuların gedəcəyi dəqiqdi. Komandanın gəncləşdirilməsilə bağlı fikrimdə qalıram.
– Növbəti mövsüm üçün rəhbərlik tərəfindən transferlərə büdcə ayrılıb?
– Büdcə barədə konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq ümumi fikir var ki, növbəti mövsüm komanda gücləndirilməlidi.
– Büdcə barədə konkret fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq ümumi fikir var ki, növbəti mövsüm komanda gücləndirilməlidi.
– CAS-dan müsbət qərar gələcəyinə ümid edirsiz?
– Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq müsbət qərar verilsə, Avroliqada mübarizə aparmağa hazırıq.
– Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Ancaq müsbət qərar verilsə, Avroliqada mübarizə aparmağa hazırıq.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi