Premyer-liqa
"Futbolçularım deyirdi ki, hakim bizi tәhqir edirdi"
Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurul…
Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulur. Futbolinfo.az xəbər verir ki, həlledici turda "Rәvan" "Xәzәr Lәnkәran"la qarşılaşıb.
2:2 hesabı ilә başa çatan matçdan sonra cәnubluların baş mәşqçisi Ağadadaş Hәmidov fikirlәrini bildirib:
– Uşaqlara tapşırmışdım ki, baxımlı oyun oynamayacağıq. Bizә nәticә lazımdır. 2:0 udurduq. İlk qolu rәqib bizim sәhvimizdәn vurdu. Amma penalti epizoduna baxın. Belә olmaz. Hәtta futbolçularım ağlaya-ağlaya deyirdi ki, hakim bizi tәhqir edirdi. Belә olmaz.
– Düşünmürsüz ki, komandanı sonradan meydana qaytarmaq lazım deyildi?
– Fikrimcә, düzgün olmazdı. Hamı bizi tәnqid edәrdi.
– Fikrimcә, düzgün olmazdı. Hamı bizi tәnqid edәrdi.
Klubun mәtbuat xidmәtinin rәhbәri Hüseyn Cәbrayıloğlu da fikirlәrini bildirib: "Xәzәr Lәnkәran"ı çempionatdan göndәrmәk üçün hәr şey etdilәr. Bizim güclü vaxtlarımızda belә bizi sıxırdılar. Hakimlәr bizә qarşı qәrәzli oyun idarә edirdilәr. 11 ildir ki, komandamız Azәrbaycan futboluna xidmәt edib. Deyirlәr ki, AFFA bizә yardım etmәk istәyir. Belә bir şey olmayıb. Rәsmi müraciәt edәn dә olmayıb. Qәrarımızı açıqlayacağıq. Ümidverici heç nә yoxdur".
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür