Premyer-liqa
"Bilsəydim ki, Premyer Liqada oynamayacağıq, bu oyuna gəlməzdim"
Azərbaycan Premyer Liqasınn sonuncu – 36-cı turunda "Xəzər L…
Azərbaycan Premyer Liqasınn sonuncu – 36-cı turunda "Xəzər Lənkəran"la qarşılaşan "Ravan" meydandan "sülh"lə ayrılıb – 2:2. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların çalışdırıcısı Bəhmən Həsənov heç-heçəni şərh edib.
"Uzun bir yol keçdik. Futbolçularımız əzmkarlıq göstərdilər. 0:2 hesabı ilə geridə olduğumuz halda, 1 xal qazana bildik. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Onları təbrik edirəm. Qismət olsa, bir də belə "Rəvan" görməyəcəksiniz. Daha baxımlı oyun sərgiləyən, daha iddialı klub görəcəksiniz. Çox sevincliyəm. Deyiləsi sözüm yoxdu. Bu, bizim son şansımız idi.
İnanın ki, çox əsəbi idim. Penalti epizodunu görə bilmədim. Amma tirdən dönən qolumuz da sayılmadı. Top qapı xəttini keçmişdi. Nə edəcəyimi bilmirdim. Bilsəydim ki, Premyer Liqada oynamayacağıq, bu oyuna gəlməzdim. Mənə rəhbərlik tapşırıq verib ki, növbəti mövsüm üçün heyəti hazırlayım. Mən də demək olar ki, 80 faiz heyəti formalaşdırmışam. Yasin Həmidlə də 1 illik sözləşmə imzaladıq. Yəqin Premyer Liqada oynamaq ümidimiz olmasaydı, belə tapşırıq almazdım. Biz öz oyunumuzla elitada qalmaq istəyirdik".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…