Dünya futbolu
Finaldakı qalmaqalla bağlı məhkəməyə şikayət
Dünən Türkiyə kuboku çərçivəsində ke&cced…
Dünən Türkiyə kuboku çərçivəsində keçirilən “Qalatasaray” – "Fənərbaxça" (1:0) finalında gərginlik yaşanıb. Futbolinfo.az xəbər verir ki, məğlub durumda olan "sarı-lacivərdlilər"in prezidenti Əziz Yıldırım oyunun gedişində qalmaqala səbəb olub.
Qardaş ölkə mətbuatının yazdığına görə, VİP lojadan matçı izləyən Yıldırım hakim qərarlarına əsəbləşərkən təhqirlərə yol verib. Onunla eyni yerdə əyləşən prokuror Mustafa Şener klub rəhbərinə təhqirə yol verməməsi üçün xəbərdarlıq edib. Buna əsəbləşən başqan Şenerin üzərinə hücum çəkib və “sən kimsən?” deyə qışqırıb. O da Yıldırıma reaksiya verərək “mən idman prokuroruyam” deyib və bildirib ki, hakimləri təhqir etməsin.
Əziz Yıldırım Şenerə “əgər idman prokurorusansa, bayaqdan məni stadionda təhqir edirlər. Onların da qarşısını al” deyib. Bu sözlərdən sonra tərəflər arasında gərginlik bir az da artıb. Lakin təhlükəsizlik qüvvələri hər iki tərəfi sakitləşdirə bilib. Türkiyəli həmkarlarımızın yazdığına görə, Şener bu gün Yıldırımdan şikayət edəcək.