Dünya futbolu
Millimizin rəqiblərindən darmadağın
Ötən gecə dünyanın yaşıl meydanlarında bir neç?…
Ötən gecə dünyanın yaşıl meydanlarında bir neçə beynəlxalq yoxlama oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Çexiya və Şimali İrlandiya da qüvvəsini sınayıb.
Çexlər Maltanı 6:0 hesabı ilə darmadağın ediblər. Şimali İrlandiya isə Belarusa üç cavabsız qolla qalib gəlib.
Digər görüşlərdə Gürcüstan Slovakiyaya, Moldova Xorvatiyaya uduzub. İngiltərə Avstraliyaya qalib gəlib. İrlandiya – Hollandiya matçı qolsuz heç-heçə ilə başa çatıb.
Qeydə alınan bütün nəticələrlə aşağıda tanış ola bilərsiniz:
Yoxlama oyunları
27 may
Slovakiya – Gürcüstan – 3:1
Qollar: Nemets, 6; 57. Jrelak, 71 – Kenia, 72.
Çexiya – Malta – 6:0
Qollar: Plaşil, 15. Şkoda, 21. Hubnik, 40. Lafata, 75. Necid, 81. Şik, 90.
Xorvatiya – Moldova – 1:0
Qol: Kramariç, 9.
İngiltərə – Avstraliya – 2:1
Qollar: Reşford, 3. Runi, 55 – Dayer, 75-öz qapısına.
İrlandiya – Hollandiya – 1:1
Qollar: Lonq, 30 – De Yonq, 85.
Şimali İrlandiya – Belarus – 3:0
Qollar: Laferti, 6. Vaşinqton, 44. Qriqq, 88.
Nigeriya – Mali – 1:0
Qol: İhenaço, 77.
Mərakeş – Konqo – 2:0
Qollar: Ziyex, 4; 55-pen.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq