Ölkə futbolu
Paşayev “Sumqayıt”a keçir
Heyətdəki “artıq yüklər”dən qurtulmaqla məşqul…
Heyətdəki “artıq yüklər”dən qurtulmaqla məşqul olan “Qəbələ” hələ ki, yeni transfer etməyib. Son mövsümün bürünc medalçısı büdcəsi azaldıldığı üçün az oynayan, amma yüksək maaş alan əksər futbolçularını yola salıb. Göndərilməsi planlaşdırılanların hamısıyla vidalaşandan sonra əyalət klubu heyəti gücləndirəcək.
“Futbolinfo”nun əldə etdiyi məlumata görə, hazırda Aleksey Antonovla Sergey Zenyovun məsələsi düyünə düşüb. “Qəbələ” müqaviləsi bitməyən bu iki legionerlə anlaşmanı pozmağa çalışır. Oyunçularla ortaq məxrəcə gəlinsə, onların hər ikisi göndəriləcək.
Müqaviləsi bitən Pavel Paşayev də “Qəbələ”də qalmayacaq. Kluba əlavə xərc olan millimizin üzvü ilə vidalaşılacağı dəqiqdi. Heyətə düşməkdə çətinlik çəkən oyunçu hazırda özünə yeni klub axtarır. Onun myığmanın düşərgəsindən qayıdan kimi “Sumqayıt”la anlaşacağı gözlənilir.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi