Milli komanda
Millimiz üçün “-17”
Azərbaycan millisi Avstriyada keçirdiyi 2-ci yoxlama oyununda …
Azərbaycan millisi Avstriyada keçirdiyi 2-ci yoxlama oyununda da uğursuzluqla üzləşib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, FİFA reytiniqində özündən aşağı pillələrdə qərarlaşan Andorra ilə Makedoniyanı məğlub edə bilməyən Robert Prosineçkinin yetirmələrinin əmsalı aşağı düşüb.
Belə ki, bu ay açıqlanan siyahıda 269 xalla dünyanın 133-cüsü olan millimizin hesabı 252-yə enib. İki matçda 17 xal itkisinə Andorra ilə qolsuz sülh və Makedoniyaya 1:3 hesablı məğlubiyyət səbəb olub. Bu isə FİFA-nın növbəti – iyunun 2-də dərc olunacaq reytinq siyahısında millimizin 5-6 pillə geriləməsinə səbəb ola bilər.
Belə ki, hazırkı cədvəldə 252 xal yalnız 139-cu yerə yetərli idi. Amma həmin mövqelərdəki digər komandaların nəticələri 5-6 pillə ilə bağlı proqnozu alt-üst də edə bilər. Ancaq 17 xal itkisi dəqiqdi ki, yığmamız bunu aradan qaldırmayacaq. Çünki Kanada ilə növbəti yoxlama matçı iyun deyil, iyul reytinqində nəzərə alınacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…