Premyer-liqa
Sabiq “Xəzər Lənkəran”lı rəsmən “İnter”də!
Transfer dönəminin ən fəal komandası olan “İnter&rdquo…
Transfer dönəminin ən fəal komandası olan “İnter” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, söhbət sabiq “Xəzər Lənkəran”lı Adrian Skarlatakedən gedir.
“Bankirlər” son klubu “Astra” olan mərkəz müdafiəçisi ilə bir neçə gün əvvəl ilkin razılıq əldə etmişdilər. Rumıniyalı yeni komandası ilə artıq rəsmi müqaviləyə qol çəkib. Gözlənildiyi kimi, Skarlatake “İnter”lə 1 illik saziş imzalayıb. Hazırda ölkəsində olan futbolçu yay təlim-məşq toplanışı zamanı düşərgəyə qoşulacaq. Məlumatı klub da rəsmən təsdiqləyib.
Qeyd edək ki, Skarlatake “İnter”in 8-ci transferi olub. Ona qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Məmməd Quliyev heyətə cəlb edilmişdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…