Ölkə futbolu
Lisenziya düyünü: AFFA bu gün bəyanat yayacaq
Bu gün Premyer Liqada iştirak etmək istəyən klublar ü&cc…
Bu gün Premyer Liqada iştirak etmək istəyən klublar üçün AFFA-nın lisenziyalaşdırma qrupuna sənədlərini təqdim etməyin son tarixidi. Futbolinfo.az saytına açıqlama verən qrupun rəhbəri Elçin Məmmədov hansı klubların bu istiqamətdə addım atmasına dair sualı cavablandırdı.
Həmsöhbətimiz konkret heç bir klubun adını çəkməsə də, gün ərzində rəsmi bəyanatla çıxış edəcəklərini diqqətimizə çatdırdı: “Lisenziya ala bilməyən bir neçə klub çatışmayan sənədləri göndəriblər. Həmin sənədlərin vəziyyəti barədə sizə heç bir şey deyə bilmərəm. Çünki sənədlərin yoxlanılması xüsusi komissiyanın səlahiyyətindədi. Biz sadəcə, klublara sənədlərin hazırlanmasında istiqamət verir, onlara yardımçı oluruq. İndi hansı kollektivin əlavə sənəd göndərib-göndərmədiyini deməyim düzgün çıxmaz. Axı, gün hələ başa çatmayıb. Hazırda sizinlə danışıram və bu dəqiqələrdə də e-mail ünvanımıza hansısa klubdan sənəd daxil ola bilər. Bu üzdən də bir qədər səbrli olun. Yaxın saatlarda rəsmi bəyanatı AFFA-nın saytı vasitəsi ilə yayacağıq”.
Məmmədov vəziyyətin nə yerdə olduğunu söyləməsə də, əldə etdiyimiz məlumata görə, AFFA 2 variant üzərində baş sındırır. Bir variant 8 klubun iştirakı ilə çempionatın keçirilməsidi. Digəri isə “Rəvan”, “Zaqatala” və “Neftçala” klublarından ikisini də elitaya əlavə edib, əvvəlki çempionat sisteminin tətbiqidi. Bu 3 klubdan ən az şansı olan isə “Rəvan”dı. Çünki onlar 2015-2016 çempionatında da lisenziyasız, AFFA-nın İcraiyyə Komitəsinin xüsusi icazəsi ilə oynamışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…