Bizi izləyin

Ölkə futbolu

Bolluq dövrünün eybəcərlikləri

2004-cü ilin yayı stajlı azarkeşlərdən əksəriyyətin yadı…

blank
2004-cü ilin yayı stajlı azarkeşlərdən əksəriyyətin yadına gələr. 12 il əvvəl futbolumuzda baş verən inqilabdan sonra çempionatımızda bir çox dəyişikliklər baş verdi. Yeni-yeni komandalar yarandı, hansı ki, büdcəsi milyonlarla ölçülən komandalar heyətinə çox sayda əcnəbi futbolçular dəvət etdi.
 
Məhz bu canlanma fanatları da stadionlara qaytardı. O zamanlar hətta bəzi matçlarda adi çempionat matçına gələn azarkeşlərin sayı indi beynəlxalq oyuna gələnlərdən çox olurdu.
 
Ümumiyyətlə inqilabın ilk mövsümü bəlkə də çempionatlar tarixinin ən maraqlısı idi. İndiki Bakı birinciliyindən fərqli, çempionat az qala bütün ölkəni əhatə edirdi. Çempionatda iştirak edən 18 komandadan 8-i çempionluq uğrunda mübarizə aparırdı.
 
Artıq aradan 12 il keçib. Bu müddət ərzində nə dəyişdi? İndi hardadı o komandalar?
 
“Karvan”
1995-ci ildə “Avtomobilçi”nin dağılmasından sonra böyük futbol Yevlaxa məhz “Karvan” sayəsində qayıtmışdı. Gözəl bazaya malik komandanı hər ev oyununda 5-6 min azarkeş dəstəkləyirdi. “Karvan”ın matçları Yevlaxda bayram-ab havasında keçirdi. Çox sayda qadınların da yer aldığı tribunalarda azarkeşlərdən 1 kəlmə söyüş eşitmək mümkün deyildi.
 
Tərlan Əhmədov, Kamal Quliyev, Zaur Ramazanov, Fərrux İsmayılov, Qoça Trapaidze, Yakuba Bamba, Məkan Nəsirov, Nazar Bayramov, Yuri Muzika kimi futbolçuları heyətinə cəlb edən yevlaxlılar debüt mövsümündə bürünc, növbəti il isə gümüş medal qazandı, 1 dəfə də ölkə kubokunda finalçı oldu. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Azərbaycan futbol tarixində UEFA kubokunda mərhələ adlayan ilk komanda kimi tarixə düşdü.
 
Amma sponsor “İşıq İnşaat”ın maliyyəni azaltmasından sonra getdikcə iddiasını azaldan “Karvan” 2010-cu ild 1-ci dəstəyə yuvarlandı. Burada da 3 mövsüm keçirən komanda 2014-cü il sentyabrın 18-də fəaliyyətinə son qoydu. Əldə olan pulun səmərəli xərclənməməsi, 5 ilin büdcəsini 1 ilə xərcləyib nəticə qazana bilməyən aqibəti pis olur. İndi Yevlaxda futbol yox səviyyəsindədi.
 
“MKT Araz”
Debüt mövsümündə xərclənən pulların qarşılığını verə bilməyən İmişli təmsilçisi debütdə 8-ci pilləni tutdu. Növbəti mövsüm nəticə daha pis oldu- 9-cu yer. Üst pillələrdəki komandaların imtinasından istifadə edən “pambıqçılar” İntertoto kubokuna qatıldı. Amma burada Moldovanın “Tiraspol” komandası keçilməz oldu – 1:0, 0:2. Özü də imişlilər qələbəni doğma rayonlarında inşa etdikləri Heydər Əliyev adına stadiona qazandı.
 
“Ağ-yaşıllar” 1 il sonra çempionatda 5-ci yerə yüksəldi, ölkə kubokunun finalçısı kimi növbəti dəfə avrokuboklara vəsiqə qazandı. Polşanın “Qrotsilin” klubu ilə Tofiq Bəhramov adına Respubilka stadionunda keçirilən görüşdə qol vurulmadı, cavab matçının isə 88-ci dəqiqəsində rəqibin vurduğu qol yeganə oldu. Məhz bu, sonun başlanğıcı olur. Komandanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar “MKT Araz” Polşadan Azərbaycana gələrkən havada – təyyarədə verildi.
 
“Karat”
Bu komanda yuxarıda adı çəkilənlərdən 1 il əvvəl – 2003-cü ildə yaranmışdı. İlk mövsümündə 1-ci dəstədə çıxış edən bakılılar 1 il sonra ölkə çempionatında ilk və son  çıxışını etdi. Möhkəm ortabab komanda təsiri bağışlayan Hacıbala Abdullayevin komandası hətta çempionatın gedişində 9 oyunluq məğlubiyyətsiz seriya da yaxalamışdı. Amma mövsümün sonunda bu komanda da fəaliyyətini dayandırdı.
 
“Şəfa”
İllər keçsə də, bir çoxları hələ də “İnter Arena”ya “Şəfa” stadionu deyir. Bu da səbəbsiz deyil. Birvaxtlar stadion orada ev oyunlarını keçirən “Şəfa” komandası ilə eyni adı daşıyırdı. Sabiq AFFA prezidenti Fuad Musaeyvin himayə etdiyi komanda onun gedişindən sonra ortada qaldı. 2004/05 mövsümünün ilk dövrəsindən sonra bakılılar futbol elitamızdan birdəfəlik silindi.
 
“Gənclərbirliyi”
Ölkəmizə legioner axınının təməlini qoyan komandalardan biri məhz sumqayıtlılar olub. 2003-cü ildə yaranan komanda 1-ci dəstədə oynaya-oynaya alman, koreyalı, burkino-fasolu futbolçularla birlikdə güclülər dəstəsinə vəsiqə qazanır. Beynəlmiləl heyəti ilə futbol ictimaiyyətinin ən çox diqqətdə saxladığı komanda ölkə çempionatında ciddi uğur qazana bilmir. İssa Nikiema, Pathe Banqura kimi futbolçuları Azərbaycan futbolu səhnəsinə gətirən gənclər gözlənilənlərin əksinə, fiasko ilə üzləşirlər. Elitada çıxış etdikləri 4 mövsüm ərzində ən uğurlu çıxışı 11-ci pillə olan komanda 2008-ci ildə həyata gözlərini yumur.
 
“Turan”
1992-ci ildə yaranan komanda 2004-cü ilə enişli-çıxışlı qrafik cızaraq gəlmişdi. Məhz həmin il maliyyə axınından “Turan” da nəsibini alır.  “Taimex” şirkətinin sponsorluq etdiyi komanda Naci Şensoyun rəhbərliyi, Asen Nikolovun gözəl oyunu sayəsində 4-cü pilləni qazandı. Növbəti mövsüm də 6-cı pilləni tutan komandanın ciddi uğurları olmadığından sponsor komandanı buraxdı. Bundan sonra isə “Turan” turnir cədvəlinin son sıralarında var-gəl etməyə başladı. Yekunda müstəqillik dövründə bütün ölkə çempionatlarında iştirak etmiş komanda 2013-cü ildə aşağı dəstəyə yuvarlandı. 3 ildi burada ortabablardan olan, heç bir akademiyası olmadığı halda ölkə futboluna xeyli sayda futbolçu verən “Turan” dağılmasa da, müstəqilliyini itirib. Komanda hazırda qeyri-rəsmi olaraq, AFFA-nın nəzarətindədi.
 
“Şəmkir”
Ölkənin ən titullu klublarından olan “Şəmkir”də isə vəziyyət əksinədi. 2004-cü ildə hamının pullanıb, iddiasını artırdığı vaxtda “ağ-qırmızılar” enişə başladı. Daim çempionluq uğrunda yarışan komanda həmin mövsüm liqada güc-bəla ilə yaşayırdı Komandanın himayədarı “Şəmkir Şərab”ın əlini çəkməsindən sonra 2 qat ölkə çempionu fəaliyyətini dondurdu. 2010-cu ildə fəaliyyətini yenidən bərpa edən komanda gününü 1-ci dəstədə keçirməklə məşğuldu. Komandada hazırda ciddi maliyyə problemlərinin olduğu deyilir.
 
“Bakı”
2004-cü ilə kimi “Dinamo”, “Dinamo-Bakılı” adları ilə çıxış edən komanda 2004-cü ildən həm nəticə, həm də maliyyə baxımından çox artırdı. Əbəs yerə deyil ki, “zolaqlılar” 2006, 2009-cu illərdə ölkə çempionu, 2005, 2010, 2012-ci illərdə isə kubokun qalibi olub. Avropa Liqasında pley-off oynamış komandanın Biləcəridə möhtəşəm bazası var. Madridin “Atletiko”, Fransanın “Lans” kimi klubları ilə yaxından əməkdaşlıq edən bakılılar indi uçrumun kənarındadı. Cəmi 3 il əvvəl “Atletiko”nu Bakıya gətirən komanda peşəkar klub statusunu itirmək təhlükəsi ilə üz-üzədi. Bu da “Bakı”da çalışanların bəzilərinin qeyri-peşəkar idarəçiliyi və klubun sahibi Hafiz Məmmədovun biznesinin zəifləməsindən irəli gəlir. Lazımsız futbolçulara milyonlar xərcləyən komandanın gələcəyi qaranlıqdı. Paytaxt təmsilçisinin növbəti mövsüm yaşaması da sual altındadı.
 
“Xəzər Lənkəran”
Bu komananın gəlişi çox səs-küylü olmuşdu. 2004-cü ilin yayında Mübariz Mənsimovun yaratdığı komanda Azərbaycan futbolunda silinməz izlər buraxmağı bacardı. Çoxsaylı, çılğın azarkeş kütləsinə malik cənublular ilk ilindəcə “Qızıl oyun”da “Neftçi”yə məğlub olaraq, gümüşə yiyələndi. Növbəti mövsümdə uğursuz çıxış edən “ağ-yaşıllar” 2007-ci ildə istəyinə çataraq, Azərbaycan çempionu oldu. Bu, komandanın ilk və son çempionluğudu. 1 dəfə Birlik, 2 dəfə isə ölkə kubokunu qazanan cənublular Avropa meydanlarında boy göstərə bilmədi. Yarıtmaz idarəçilik, talan edilən milyonlar vaxtında düzgün yerlərə sərf olunsaydı, bəlkə də “gəmiçilər” indi minumum “Qarabağ” kimi avrokuboklarda qrup mərhələsində oynamaq üçün can atacaqdı. Mais Mənsimov və Tuyqun Nadirovun ağlar qoyduğu komanda başa çatan mövsümün sonunda süqutunu elan etdi. Bununla da “Xəzər Lənkəran” nağılı sona çatdı. Növbəti mövsümdən “Böyük oyun”a baxmaq istəyənlər gözünün qurdunu ancaq “youtube” portalında əvvəlki illərdə tərəflər arasında keçirilən matçlara baxmaqla öldürəcək.
 
“İnter”
Güclü maliyyə axınından sonra “Bakı” kimi 2004-cü ildə adını, iddiasını dəyişənlərdən olan “Xəzər Universiteti” dönüb oldu “İnter”. Komanda ilk ilində uğur qazanmadı. Baş məşqçi Anatoli Konkovun rəhbərlik etdiyi bakılıları Makovski qardaşları uğura daşıya bilmədi. Komanda sonrakı 2 mövsüm də uğur qazanmadı. Amma 2008-ci ildə çempion olan komanda, 1 il sonra gümüş, növbəti mövsüm isə qızıl medalları qazandı. Daim stabil oyunu ilə seçilən bakılılar 2011-2015-ci illər aralığında çempion ola bilməsə də, medalçılar sırasına düşməyi bacardı. Komandanın bir nəfərdən asılılığı ötən mövsümün sonunda öz sözünü dedi. Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra “bankirlər” keçən ilin iyununda yalnız quru ada malik idi. Amma klubun indiki prezidenti Rəşad Qasımovun dəstəyi sayəsində onun xələfi Georgi Nikolov “göy-ağlar”ı dağılmağa qoymadı.
 
Hazırda “İnter”in rəhbəri olan Qasımov sələfinin borclarını ödəyib, komandanı əvvəlki iddiasına qaytarmaq istəyir. Uzun illər bank sektorunda işləmiş, əvvələr futzalla ciddi şəkildə məşğul olan bu şəxs hər iki sahədəki təcrübəsini birləşdirərək komandasını ciddi uğura daşımağa çalışır. Bakılıların hazırda ən çox diqqət yetirdiyi məqamlardan biri də uşaq futboludu.
 
“Simurq”
Bu komanda bir az gec – 2005-ci ildə yarandı. 1-ci dəstədə keçirdiyi ilk ilindəcə elitaya vəsiqə qazanan Zaqatala təmsilçisi ortabab klub imicini daşıyıb. “İnter”in kiçik qardaşı kimi tanınan komandanın ən böyük uğuru 2008/09 mövsümündə qazandığı bürünc medallar oldu. Azarkeş dəstəyi sarıdan korluq çəkməyən komandanın çöküşü ötən ilin əvvələrindən başladı. Devalivasiya və komandanın qeyr-rəsmi sahibi CahangirHacıyevin “vurulması” “Simurq”un çöküşünü tezləşdirdi. “Sarı-qaralar” hazırda fəaliyyətini dondurub. Çətin ki, bir də bərpa etsin. Çünki əyalət təmsilçisinin futbolçulara xeyli miqdarda borcu qalıb. Əvəzində bölgədə futbol olsun, deyə AFFA özünün “Zaqatala” komandasını yaradıb. Hazırda 1-ci dəstədə çıxış edən “ağ-yaşıllar”ın Premyer Liqaya yüksəldiləcəyi deyilir.
 
“Qəbələ”
2005-ci ildə yaranan komanda ilk mövsümündə 1-ci dəstənin qalibi olmağı bacardı. Hələ o zaman bu komanda Xanları təmsil edirdi və adı da “Göygöl” idi. 2006-cı ildə “Gilan Holdinq”in himayəsinə keçən komanda həm təmsil etdiyi bölgəni, həm də adını dəyişdi. Birdən-birə çempionluq mübarizəsinə qoşulmayan komanda səbrlə, pillə-pillə yüksəlməyə çalışdı. Əbəs yerə deyil ki, “qırmızı-qaralar”ın 2006-13-cü illər aralığında ən yaxşı nəticəsi 5-ci yer oldu. Əsasən uşaq futboluna diqqət yetirən “Qəbələ” bu müddətdən etibarən əsas komandanın da çıxışına diqqəti artırdı. Amma son 3 ildə komandanın iddiası artsa da bu, əyalət təmsilçisinin ölkə çempionluğuna və ya kuboku qazanmasına yetmir. Komanda bu yarışlarda müvafiq olaraq, 3 bürünc, 1 gümüş medal qazanıb. Əvəzində “Qəbələ”nin Roman Qriqorçukun rəhbərliyi altında 1-ci təsnifat mərhələsindən etibarən reytinqcə özündən üstün 4 komandanı mübarizədən kənarlaşdırıb, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması daha çox yaddaqalan oldu.
 
Əsas komandadan istədiyini ala, çempion və ya kubok sahibi ola bilməyən qəbələlilər bunun qarşılığında akademiyada yetişdirdiyi müxtəlif yaş qrupu üzrə komandaların sayəsində hər il xeyli sayda medal qazanmağa müvəffəq oldu. Amma artıq bu klubda da büdcəyə xeyli əl gəzdirilib və həmin böyük pullardan əsər-əlamət yoxdu.
 
“Qarabağ”
Bu komanda futbolumuzda inqilab baş verənə kimi ölkədə onsuz da həmin dövr üçün ən imkanlılardan sayılırdı. “Azərsun Holdinq”in himayədarlıq etdiyi komanda 2006-cı ildə ölkə kubokunun qalibi oldu. Amma avrokuboklarda ilk mərhələdəcə mübarizəni dayanıran komandanın baş məşqçisi postuna Böyükağa Ağayevin əvəzində Rasim Kara gətirildi. Bununla da Ağdam təmsilçisi startegiyasını dəyişdi. Belə ki, “atlılar” gəncləşdirmə siyasətinə keçməyə üstünlük verdi. “Qarabağ” bunu Azərbaycanda pulu ola-ola edən ilk komandadı.
 
Amma Karanın komandanı yarıyolda qoyaraq, “Xəzər Lənkəran”a qaçması komandanın işlərini pozdu. Belədə rəhbərlik böyük risk edərək, 36 yaşı hələ tamam olmamış, təcrübəsiz Qurban Qurbanovla 1 illik müqavilə bağladı. Sazişinin başa çatmasına 2 ay qalmış daha 3 illik müqavilə bağlanan mütəxəssis ilk ilindəcə ölkə kubokunu qazanmağa müvəffəq oldu. Avrokuboklarda qrup mərhələsinin 1 addımlığından dönən komandada cəmi 1 legioner futbolçu var idi. Əsasən, yerlilərə, yetirmələrinə üstünlük verən komanda növbəti illərdə də ölkə çempionatlarında qalib olmasa da, ilk “4-lük”də yer almağı bacarırdı. Hər il ölkəni Avropada ən uğurlu şəkildə təmsil edən Qurbanovun komandası nəhayət, 2014-cü ldə istəyinə çatdı. Son 3 ildə 3 dəfə ölkə çemionu, 2 dəfə isə kubokun qalibi olan klubun bir “əmma”sı var – uşaq futbolu. Daha komanda əvvəlki illərdə olduğu kimi Rauf Əliyev, Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov kimi futbolçuları yetişdirdə bilmir. Aşağı yaş qrupları üzrə komandaların çempionatında Ağdam təmsilçisinin son 2 ildə cəmi 2 medal qazanmasını fiasko kimi qiymətləndirmək olar. Əsas komandaya göstərilən diqqətin bir hissəsi uşaq futboluna da yetirilsə, yaxşı olar.
 
“Neftçi”
Azərbaycanın ən köklü klubu maliyyə axının ilk ilindəcə çempion olmağı bacardı. Bundan sonra isə növbəti 2 il ərzində “bürünc”lə “gümüş” qazanan komanda “time-out götürdü”. 3 il ərzində heç ilk “5-liy”ə düşməyən “ağ-qaralar” tarixinin ən zəif dönəmlərindən birini keçirdi. Yalnız 2010-cu ildən etibarən 3 dəfə ard-arda ölkə çempionu olan bakılılar avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbycan təmsilçisi oldu.
 
Neftin qiymətinin ən yaxşı vaxtında özünə baza tikməyən klub devalivasiyadan sonra “ayılıb”. Hazırda bu yöndə işlər görən bakılılar gələn maliyyənin bir qismini bu yöndə xərcləyir. Bu isə klubun nəticələrinə mənfi təsir göstərir.
 
Bu qədər xərclənən pulların bəlkə də tək-tük müsbət cəhəti komandaların tikdikləri stadionlar, bazalar oldu. Məsələn, Lənkəran, İmişli, Yevlax, Qəbələdə böyük bazalar tikildi. Bakıda isə Biləcəridə “Bakı”, Suraxanıda “Qarabağ”, Bakıxanovda isə “Neftçi” özünə məskən saldı. Digər müsbət məqam kimi komandalarımızın avrokuboklarda qapazaltı imicindən xilas olmasını vurğulamaq olar. Təbii ki, bu da böyük pullar qarşılığında heyətə cəlb olunan əcnəbilərin sayəsindədi. Reallığa qalsa, xərclənilən pullarla daha böyük nəticələr qazanmaq olardı.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


Ölkə futbolu2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Premyer-liqa2024-04-21 17:33

“Kəpəz” “Sabah”a uduzur – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm