Ölkə futbolu
Təmsilçimiz üçüncü oyunda da uduzdu
Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa m?…
Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində iştirak edən “Məktəbli Kuboku” turnirinin 2014-2015-ci il mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası üçüncü oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Bolqarıstan komandası ilə qarşılaşan təmsilçimiz 2:5 hesabı ilə məğlub olub.
Turnirin Əsasnaməsinə uyğun olaraq, məğlubiyyət üçün 1, heç-heçə üçün 2, qələbə üçün isə 3 xal verilir. Türkiyə və Bolqarıstan təmsilçilərinə məğlub olan, ingiltərəli məktəblilərlə isə heç-heçə oynayan komandamız hazırda 4 xala malikdir.