Dünya futbolu
“Erkən qol buraxmağımız səhv idi”
“Qətərlə yoldaşlıq oyununda erkən qol buraxmağımız səh…
“Qətərlə yoldaşlıq oyununda erkən qol buraxmağımız səhv idi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Albaniya millisinin və “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib.
Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcək balkanlıların üzvü qitə birinciliyi ərəfəsində ölkəsində keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.
34 yaşlı cinah müdafiəçisi turnirin onlar üçün çətin keçəcəyini deyib: “Ümid edirik ki, Fransada da bu cür səhvlər etməyəcəyik. Çox çətin qrupda yer almışıq. Rəqiblərimiz olduqca güclü komandalardı. Ancaq düşünürəm ki, əgər seçmə mərhələdəki kimi çıxış etsək, burda da yaxşı nəticələr göstərə biləcəyik”.
Qeyd edək ki, Albaniya millisi meydan sahibləri Fransa, Rumınya və İsveçrə ilə bir qrupda mübarizə aparacaq. (Apasport)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…