Bizi izləyin

Ölkə futbolu

Roman Qriqorçuk: “Ciddi və maraqlı təklif alsam…”

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qri…

blank

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk "Sport Ekspress"ə maraqlı müsahibə verib. Futbolinfo.az sizi həmin mətnin bəzi hissələri ilə tanış edir:

– Bəzən deyirlər ki, klubda ikinci mövsüm paraşütlə ikinci dəfə tullanmaq kimidi, birincidən daha çətin olur. Sizin timsalınızda bu aktualdımı?
– Bu, dəqiqdir ki, ötən mövsüm asan olmadı. Onu müəyyən mənada iki hissəyə bölmək olar. Ötən yay Avropa Liqasının təsnifatında 4 mərhələ adlayıb, qruplara vəsiqə qazandıq. Bu, fantastik idi.

İkinci hissəni də Azərbaycan çempionatı adlandırmaq olar ki, bizə çox çətin oldu. Hətta düşünürəm ki, karyeram ərzində ən ağırı idi.

– 1 il əvvəl siz və klub rəhbərliyi dedi ki, 3-cülük elə də fəxr ediləsi nəticə deyil, daha qlobal naliyyətlər qazanmaq lazımdı. Lakin geridə qalan mövsümü də bürünc mükafatla başa vurdunuz. Sizcə, bu, stabilliyin göstəricisidi, yaxud hansısa böhran, məyusedici məqamlar var?
– Məyusedici məqamlardan söhbət gedə bilməz. Üstəlik, mən nəticni dəyərləndirərkən neqativ məqamları kənara qoyardım. Allaha xoş getməz. Etdiklərimizi qiymətləndirmək lazımdı. Bu nəticəni yaxşı kimi qələmə vermək olar. Eyni zamanda, məsələyə emosional tərəfdən yanaşsaq, "Qarabağ"la birinci yer uğrunda mübarizə apardıq. Güman ki, bu barədə çox danışmışıq.

– Nə edilməməli idi?
– Mənə elə gəlir ki, insanlar ali ideyalardan qidalanmalı və qarşısına ambisiyalı məqsədlər qoymalıdı. Vəziyyəti düzgün təhlil etsək, başa düşürük ki, Azərbaycan çempionu bizdən güclü idi və layiqli yer tutur. "Qarabağ"a uduzduğumuz 1-2 oyunu çıxmaq şərtilə, digər matçlarda qələbə qazana bilərdik. Lakin uğursuzluq yaşadıq və epizodlardan yaxşı istifadə edə bilmədik. Üstün olduğumuz oyunlarda qol vura bilmədik. Elə məqamlar oldu ki, 10 qol epizodunu reallaşdıra bilmədik. 

– Sizcə, "Qarabağ"ın çempionatdakı hegemonluğunun səbəbi nədədi? 
– Bu komanda bizim əsas rəqibimizdi. Onlar haqda çox şey bilirəm və yaxşı məqamlardan danışmaq olar. Bu klubda uğur qazanmaq üçün bütün işlər yüksək səviyyədə qurulub. Düşünürəm ki, onlar arzuladıqları məqsədə – Çempionlar Liqasında qruplara düşməyə yaxındı.

– Bilirəm ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova böyük hörmətiniz var. O, "İnter"lə oyunda rəqib qapısına təyin olunan şübhəli penaltini bilərəkdən qola çevirilməməsini tapşırdı. Bu hərəkət ona hörmətinizi daha da artırdı?
– Bu barədə həmişə demişəm və indi də deyirəm: O, gözəl məşqçi və əla insandı. Onun həmin nəcib hərəkəti məni elə də təəccübləndirmədi. Çox şadam ki, bu insanla çox taxşı münasibətim var. Biz istənilən anda, istənilən mövzuda danışa bilərik. 

– "Qəbələ"nin Avropa Liqasının qurup mərhələsinə adlamasını elmi fantastika adlandırmışdınız. Bu janrın qrup oyunlarında sərt realizmə məğlub olduğunu demək olarmı?
– Niyə ki? Qrup mərhələsindəki çıxışımızı layiqli qiymətləndirərdim. Axı siz yaxşı başa düşürsünüz ki, biz Dortmund "Borussiya"sı ilə müxtəlif qütblərdəyik. Bununla belə, onlarla birinci oyunun ilk yarısındakı oyunumuz ömür boyu yaddan çıxmaz. 3-4 dəfə "alman maşını"nı məyus etmək şansı əldə etdik. Nəticə ürəyimizcə olmasa da, yüksək səviyyəli oyun nümayiş etdirə bildik. “Krasnodar”la səfər görüşü barəsində də eyni sözləri deyə bilərəm. 1:2 hesabı ilə uduzsaq da, mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdik. PAOK-a isə nə evdə, nə də səfərdə uduzduq. Bir sözlə, Avroliqada yaxşı təcrübə qazandıq.

– Demək olarmı ki, yunanların sizə qarşı çox ciddi hazırlaşmalarına səbəb Avropa Liqasının ilkin mərhələsində "Panatinaikos"u mübarizədən kənarlaşdırmağınız idi?
– Bilmirəm onlar bizimlə görüşə hansı məqsədlə gəldilər, amma məşqçi və oyunçularının fikirlərinə görə, PAOK-un "Qəbələ"yə münasibəti tam ciddi və hörmətcil idi. Onlar "Panatinaikos"un səviyyəsinə yaxşı bələd idilər və bilirdilər ki, belə bir komandanı təsadüfən keçmək olmaz.

– Geridə qalan mvsüm 10 uğursuz matç keçirdiniz. Bu, nə ilə əlaqədardı?
– Həmin dövr çox gərgin oldu. Müxtəlif səbəblərdən əsas oyunçularımızı, o cümlədən qol vurmağı yaxşı bacaran Cavid Hüseynovu itirdik. Braziliyalı Dodo xeyli müddət zədəli oldu. Argentinalı Fakundo ailə vəziyyətinə görə komandanı tərk etdi. Təbbi ki, bütün bunlar komandanın nəticələrinə təsirsiz ötüşməyə bilməzdi. Xatırlayırsınızsa, yeni heyəti iyunda toplayıb, Avroliqada 4 mərhələ keçəndə də bəzi problemlər oldu. Sonra çalışdıq, müəyyən ahəng oldu. 

Ümumiyyətlə, qismən də paradoksal vəziyyət yarandı. Həmin dönəmdə Avropa Liqası və çempionatda çətinliklər yaşadıq. Bəzi oyunlarda yaxşı çıxış göstərirdik. Elə oyunlar olurdu ki, yaxşı şanslarımız olurdu. Lakin yuxarıda da dediyim kimi, son məqamda reallaşdıra bilmirdik. Bəzi hallarda hakimlərin əlehimizə səhv qərarları ilə də üzləşdik. 

– Apreldə keçirdiyiniz oyunlarda hakim səhvlərindən danışdınız. Sizcə, bu, təsadüfi idi, ya kimlərsə sizə mane olurdu? 
– İstəməzdim ki, bununla bağlı sui-qəsd nəzəriyyələri yaradım. Belə məsələlərə sadə yanaşıram. Hakim də insandı və səhvlər edə bilir. Məsələ burasındadır ki, biz mövsüm ərzində belə səbəblərdən əziyyət çəkdik. Bunda sualtı qayıq axtarmıram, amma müəyyən qədər hörmətsizlik sayıram. Qəti şəkildə deyə bilərəm ki, azərbaycanlı hakimlər sanballı səviyyədədirlər. Onlar olduqca keyfiyyətli iş ortaya qoymaq iqtidarındadırlar. 

– "Rəvan"la oyunda texniki zona qaydalarını pozduğunuza görə xaric olundunuz. Əvvələr də belə hadisə ilə üzləşmisiz?
– "Çernomorets"də də belə halla üzləşmişdim. Lakin Azərbaycanda belə halla üzləşməmişdim. Ümid edirəm ki, bir də belə olmayacaq. Hakim düşündü ki, texniki zona qaydalarını pozmuşam. Ona qarşı nəsə demədim. 

– Ukraynadan apardığınız futbolçular haqda nə deyə bilərsiniz? Yerli mətbuatda yazılanlara görə ona qarşı təzyiqlər var…
– Antonov avrokuboklar vaxtı formada idi. Komandanın qrup mərhələsinə adlamasında köməyi oldu. Ancaq çempionatın əvvəlində ciddi zədə aldı və sıraya dönməsi uzun çəkdi. Qayıtdıqdan sonra isə ona asan olmadı. Qay komandamızın ən aparıcı oyunçularından idi. Məhsuldarlığı da yüksək idi. Mövsüm ərzində 14 qol vurdu, 4-5 qolunu isə saymadılar, hətta bununla bağlı tez-tez zarafat edirdik. Təəssüf ki, “Qəbələ”də qalmayacaq. Mən ona sual verdim. O isə cavabında Ukraynaya qayıtmaqla bağlı artıq qərar qəbul etdiyini bildirdi. Qay mənim üçün yüksək peşəkarlıq nümunəsidi. Bezotosnı isə inkişaf edir, mövsümü yaxşı keçirdi. Məncə, ondan hamı razıdı.

– Sentyabrın əvvəlində seleksiya işlərindən razı qaldığınızı demişdiniz. Bəs mövsüm sonunda yeni futbolçulardan razı qaldınızmı? Məsələn, "ukraynalı eston" Sergey Zenyovdan? Onu yarımmüdafiəyə yaxın oynatdınız, Premyer Liqada 2 qol vura bildi…
– Fikrimcə, Zenyov hücum oyunçusudu və qol vurmalıdı. Hər halda hücumçulardan həmişə daha çox qol və qeyfiyyətli hücumlar gözləyirlər. Yuxarıda itirdiyimiz əsas oyunçularla bağlı danışmışam. Ona görə də bunu təkrarlamayacam. Seleksiya işi çox incə və mürəkkəb məsələdi. Biz də ən xırda nüansları maksimum nəzərə almaqla seleksiya işlərini keçirmək haqda düşünürük. 

– Azərbaycan pasportu almış Pavel Paşayevi transfer etməyinizlə bağlı məsələni aydınlaşdıra bilərsiniz? Onu demək olar ki, meydanda görmədik. Bəzi jurnalistlər iddia ediblər ki, onu "Qəbələ"yə sizdən xəbərsiz gətiriblər.
– Siz düşünürsünüz ki, peşəkar klubda bu mümkündü? Baş məşqçinin icazəsi olmadan kluba futbolçu dəvət etmək olar? Bizdə heyət baxımından belə vəziyyət yarandı ki, planlaşdırdıq ki, Rikardinyonu mərkəzə çəkməli olduq .Sonra da Paşayevi dəvət etdik. Onun gəlişində sonra cinah müdafiə mövqeyində rəqabət artdı. Düzdü, o, meydanda az vaxt keçirib. Lakinin onun komandaya gətirilməsini səhv addım hesab etmirəm.

– "Qəbələ" azarkeşlərinin sizi istefaya səsləməsinə təəccübləndiniz?
– Məni istefaya səslədilər. Amma yaxşı başa düşürəm ki, bu, klubun bütün azarkeşlərinin fikri deyildi. Fanatlarımıza böyük sevgi və təşəkkür hissi ilə yanaşıram. Onlar Avroliqada bizi yaxşı dəstəklədilər. 

– İnternetdə haqqınızda yazılan ən gülməli şey nədi?
– Ən gülməli şey odur ki, Antonovun həyat yoldaşımın qohumu olduğunu iddia edirlər. Buna niyə münasibət bildirməliyəm? Sadəcə gülümsəmək və dərhal unutmaq lazımdı. Ümumilikdə isə Azərbaycan jurnalistləri yüksək peşəkarlığa malikdilər, öz sahələrində keyfiyyətli iş görürlər.

– Təvazökarlıq göstərib yerli KİV-in ötən il sizi ən yaxşı məşqçi seçdməsi hqda söz açmadınız…
– Bəli, olmuşdu. Fürsətdən istifadə edib, buna görə onlara bir daha təşəkkür edirəm. Jurnalistlərsiz futbol mümkünsüzdü. 

– Ukraynada iki həftəlik tətil planınız nədən ibarətdi?
– Bakıdan Odessaya "uçdum". Bir qədər burada qalacam. Sonra qızım gələcək və birlikdə evimizə – doğma Koloma gedəcəyik. 

– Bilirəm ki, digər klublarla danışıqlar aparmağınız barədə nəsə deməyi xoşlamırsınız. Mövsüm ərzində hansısa təkliflər almışdınız? 
– Qışda ciddi təkliflər almışdım. Ancaq mən hazırda işlədiyim kluba böyük hörmətlə yanaşıram. “Qəbələ”də qalmalı olduğumu başa düşürdüm. 

– Klubla 2017-ci ilin yayına qədər müqaviləniz var?
– Bəli. Amma aramızda belə bir razılaşma var: əgər ciddi və maraqlı təklif alsam, “Qəbələ” rəhbərliyi bunu anlayışla qarşılayacaq.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm