Bizi izləyin

Ölkə futbolu

Bakıdakı AÇ-nin ulduzları: 26-lar və bir azərbaycanlı

Paytaxtımızda keçirilən və Portuqaliya yığmasının benef…

blank

Paytaxtımızda keçirilən və Portuqaliya yığmasının benefisi ilə nəticələnən 17 yaşlı futbolçular arasında Avropa çempionatı tarixin yaddaşına köçdü. Kimlərsə bu yarışın təşkilindən pullar qazandı, kimlərsə məşhurlaşdı, kimlərəsə yerləri göstərildi. Dünyanın ən aparıcı texnologiyaları ilə təchiz olunmuş İnstatfootball şirkəti paytaxtımızda baş tutan turnirdə seçilən futbolçuarın adlarını açıqlayıb.

Qapıçılar

Mile Svilar (Belçika, “Anderlext): Qolkiperin özünəinamı və xarizması dərhal diqqət çəkir. Mövqe seçimi və reaksiyasına isə söz ola bilməz! Çıxışlarda da olduqca inamlı təsir bağışlayır.

Dioqo Meyreleş (Portuqaliya, “Portu”): Konsentrasiyanı bir anlıq belə itirmir və hər epizodda sonadək mübarizə aparır. Zərbələrə vaxtında reaksiya göstərir. Hər iki ayağı ilə uzun ötürmələr verməyə qadirdi. Komanda yoldaşlarını idarə etmək bacarığı ilə seçilir. Uzun hava ötürmələri zamanı hələ ki, bir o qədər də inamlı çıxış etmir.

İnyaki Penya (İspaniya, “Barselona”): Psixoloji cəhətdən ən yüksək səviyyədə hazırdı. Səviyyəli məktəb görməsi aydın sezilir. Gözə çarpmasa da, özünəinamı ən yüksək səviyyədədi. Zərbələr zamanı topu tək cəhdlə tutmağa çalışır. Künclərə ünvanlanan toplara reaksiya göstərmək bacarığı ilə seçilir.

Mərkəz müdafiəçiləri

Mattays de Liqt (Hollandiya, “Ayaks): Bədən quruluşuna görə, əla sürətə sahibdi. Rəqiblərini daim pressinq edir və sürətli hücumlar qurmasına mane olur.  Sərt mübarizəni sevir. Diaqonal ötürmələri pis deyil. Komanda yoldaşlarını fəal şəkildə idarə edir. “İkinci mərtəbə”də komandasının oyunu gücləndirmək bacarığına malikdi.

Den-Aksel Zaqadu (Fransa, PSJ): Müdafiə xəttinin texnikalı lideri.Hava mübarizələrində effektivdi, standart vəziyyətlər zamanı hücumda təhlükəlidi. Topalmada 100 faizlik nəticə göstərib! Təkbaşına topu rəqib qapı həndəvərinədək aparmaq bacarığı ilə seçilir. Kombinasiyalara tez-tez qoşulur. Ötürmələri keyfiyyətli alınır. Bir toxunuşla kəsərli hücum qurmaq bacarığı ilə seçilir.

Cozef Kolli (İsveç, “Çelsi”): Olduqca cəld müdafiəçidi. Start sürəti və uzun məsafəyə qaçışda müsbət tərəfdən seçilir. Bu da komanda yoldaşlarını müdafiədə daim sığortalamağa imkan verir. Əla tullanmaq və havada asılı qalmaq bacarığı ilə seçilir. Daim ətrafını diqqət mərkəzində saxlayır və bu, vəziyyətə nəzarət etməsinə yardımçı olur. Topun uçuş traektoriyasını düzgün hesablaya bilir. Ancaq müdafiədən çıxışlarını yaxşılaşdırmalıdı.

Dioqo Leyte (Portuqaliya, “Portu”): Hücumların zəkalı dağıdıcısı.Mövqe seçimini etməyi bacarır, oyunu oxuma bacarığı isə sadəcə, möhtəşəmdi! Bu keyfiyyəti ona əksər hallarda topa daha tez çatmasında yardımçı olur. Son sədd olmasına baxmayaraq, soyuqqanlığını heç vaxt itirmir. Taktiki cəhətdən savadlıdı, tez-tez ofsayd tələsi qurur. Səviyyəli qısa və uzun ötürmələrlə seçilir.

Tom Baak: (Almaniya, “Bohum”): Əla ötürmələrə sahib olan cüssəli müdafiəçi. Avropa çempionatında hava mübarizələrindən qalib ayrılma faizinə görə ən yaxşı göstəricinin sahibidi – 88%. Rəqibləri topu qəbul edərkən, aktiv pressinq tətbiq etməsiylə seçilir. İkinci templə tez-tez hücumlara qoşulur. Yarımmüdafiəni yaran kəskin ötürmə istedadı var. 

Sol kənar müdafiəçiləri

Can-Luka İtter (Almaniya, “Volfsburq”): Top ələ keçirmədə komandasının heyətində hamıdan üstündü. Bununla yanaşı, texnikalıdı, uzun reydləri isə bəzi hallarda rəqibləri üçün öldürücüdü. Standartları keyfiyyətli şəkildə ifa edir. Sabit futbolçudu.

Ruben Vinyaqre: (Portuqaliya, “Monako”): Olduqca texnikalı və koordinasiyasını nəzarətdə saxlayan futbolçudu. Driblinqi çeviklik və ayaqları ilə sürətlə işləmək bacarığının üzərində qurulub. Sevimli fəndi cinahla irəliləyib cərimə meydançasına sərt ötürmə verməkdi. Standart vəziyyətlərdən istifadəsi fenomenaldı: 3 məhsuldar ötürmə! Müdafiəçi bacarığını addım-addım yaxşılaşdırsa, başgicəlləndirici karyera qura bilər.

Daam Fulon: (Belçika “Anderlext”): Daam əsl döyüşçü xüsusiyyətlərinə sahibdi – heç vaxt ruhdan düşmür və hər an komanda yoldaşlarının köməyinə gəlməyə hazırdı. Bu, fiziki cəhətdən möhkəm və mübariz müdafiəçi təkbətək mübarizələrdə nadir hallarda məğlub olur. Ən üstün cəhəti – rəqibdən topu təmiz almaq bacarığıdı. Ötürmə keyfiyyəti və driblinq effektivliyini artırsa, daha yüksək zirvəni fəth edə bilər.

Sağ kənar məüdafiəçiləri 

Joze Teyşeyra (Portuqaliya, “Portu”): Təkbaşına cinahı bağlamaq qabiliyyətinə malikdi. Joze böyük həcmdə qara iş görür və komandasının vahid mexanizm kimi fəalliyət göstərməsində vacib rol oynayıb. Topla olarkən, meydana baxır və komanda yoldaşlarının açılmasını arayır. İrəli ötürmələri dəqiqliyi ilə seçilir. Müdafiə olunarkən, mükəmməl və inadkardı. Sağ ayağı ilə sərt zərbələrə sahibdi.

Duen Sterlinq (İngiltərə, “Çelsi”): Fiziki cəhətdən yaxşı inkişaf etmiş futbolçu təkbətək mübarizələrdə müsbət tərəfdən seçilir. Sürət və çeviklik ona həm müdafiədə, həm də hücumda yardımçı olurlar. Driblinqi və fenomenal sürəti, habelə hərəkət zamanı istiqaməti dəyişmək bacarığı əks-hücumlarda onu çox təhlükəli edir. Topu hiss edir və dəqiq ötürmələri ilə seçilir. Əsas silahı – sürətli reydlər və bunun məntiqi nəticəsi kimi, cərimə meydançasına hava ötürmələridi. 

Raul Bellanova (İtaliya, “Milan”): Taktiki cəhətdən savadlı və ən qısa zamanda əsas mövqeyinə qayıtması ilə seçilən intizamlı futbolçudu. Sadə və effektiv driblinqdən istifadə edir: topu rəqibin bir tərəfindən atıb, digər xətt üzrə irəliləməyi sevir. Başıyuxarı oynayır və kəsərli cinah ötürmələri ilə seçilir. Artıq indidən onu parlaq individual keyfiyyətlərə sahib perspektivli futbolçu adlandırmaq olar.

Dayaq yarımmüdafiəçiləri

Henrik Bellman (isveç, XİF): Daim mübarizəyə köklənmiş əsl dağıdıcıdı. Bir oyunda 8 dəfə topu almaq – bu, həmin mövqe üçün çempionatın ən yüksək göstəricisidi. Futbolçunun xarakteri və sürətli hərəkəti bu cür göstəricini şərtləndirib. Dözümlüdü və kifayət qədər texnikalıdı. Ötürmə verərkən, komanda yoldaşlarının vəziyyətini düzgün qiymətləndirməyi bacarır.

Nyeqos Petroviç (Serbiya, “Rad”): Balansı qorumağı bacaran yarımmüdafiəçi təkbətək mübarizələrin böyük əksəriyyətindən qalib ayrılır (74%). Daim hərəkətdədi və fəal şəkildə özünü top qəbul etmək üçün təklif edir. Təzyiq altında özünü itirmir və hücumların optimal istiqamətini seçməyi bacarır. Topsuz olarkən, ən lazımlı yerdə olmağı bacarır və bunun nəticəsində müdafiəçiləri sığortalaya bilir.

Arne Mayer (Almaniya, “Herta): Cinah keçidləri möhtəşəmdi. Cərimə meydançasına yırtıcı ötürmələr etməyə meyllidi. Rəqiblə aradakı məsafəni bir göz qırpımında aradan qaldırır. Topu alarkən qayda pozuntusuna yol verməməyə çalışır. Eyni zamanda, nahəng olmasından istifadə etməkdən çəkinmir.

Manuel Morlanes (ispaniya, “Vilyareal”): Geriyə çəkilmiş pleymeker. Hücumların qurulmasını ani çevriləmələr və uzun ötürmələr hesabına təmin edir. Boş zonaları görür və fəal şəkildə hücuma qoşulanları topla təmin edir. Müdafiə olunanların sayı çox olduqda, onların arxasına top ötürmək ustasıdı. Standartların ifaçısıdı. Pressinq tətbiq edir və gövdəsindən sərt istifadə edir.

Hücumameylli yarımmüdafiəçilər

Brahim Diaz (İspaniya, “Mançester Siti”): Daim top axtarışındadı və kombinasiyalı oyuna üstünlük verir. Keyfiyyətli ötürmələri ilə seçilir. Ayaq üstə əla dayanır və topu gövdəsi ilə bağlamağı bacarır. Topla davranışı və əla texnikası ilə göz oxşayır. Oyunu üzərinə götürməkdən və topla bir neçə rəqibinin üzərinə getməkdən çəkinmir. Topsuz da sərt mübarizəyə girişməyi sevir.

Andre Dozzell (İngiltərə, “İpsviç”): Komandasının beyni və əsas kreativ mərkızidi. Topa nəzarəti və texnikası valehedicidi. Ən yüksək ötürmə mədəniyyətinə sahibdi. Komanda yoldaşları ilə qısa paslaşmada əvəzolunmazdı. Onun uzun ötürmələri də göz oxşayır. Meydanı görmək qabiliyyətinə söz ola bilməz. Rəqibin müdafiə xəttini kəsərli ötürmə hesabına yarmaq bacarığı da öz yerində.

Sol kənar yarımmüdafiəçiləri

Tahit Çonq (Hollandiya, “Feyenord”; “Mançester Yunayted”ə keçir): Hər iki cinahda oynamağı bacaran solaxay. Uzunməsafəli sürət və topu diqqətdən bir an buraxmamaq hesabına rəqiblərindən yayınmağı bacarır. Mərkəzə şığımağı sevir. Onun zərgər dəqiqliyi ilə ara ötürmələri də olduqca təhlükəlidi. Uzun ötürmələr hesabına hücumun istiqamətini dəyişmək bacarığı Tahitin dəyərini artırır. Topu “oğurlamaq” məsələsində axsayır.

Meyson Maunt (İngiltərə, “Çelsi”): Hücumun bütün cəbhələrində peyda olmağı sevən futbolçudu. Rəqibin xətləri arasında ağılla açılmağı bacaran və keyfiyyətli ötürmələrə sahib oyunçudu. Ötürmə verməmiş, meydana göz gəzdirir. Topla davranışı heyranedicidi. Nadir hallarda driblinq etsə də, bunu olduqca effektiv şəkildə həyata keçirir. Keçid edərkən, bir neçə rəqibini aldada bilir.

Sağ kənar yarımmüdafiəçiləri

Reys Nelson (İngiltərə, “Arsenal”): Turnirin ən parlaq və faydalı oyunçularından biridi. Topu aldıqda, o, dərhəl vəziyyətə düzgün qiymət verir. Əksər qərarları qeyri-standart olur. Topla davrandıqda yüksək texnika nümayiş etdirir. Ötürmələri də dəqiqliyi ilə seçilir. Sürət, çeviklik və ayaqlarının elastikliyi hesabına oyunu üzərinə götürüb, bir neçə rəqibinin üstünə getmək bacarığı ilə seçilir. 

Çe Nunelli (Hollandiya, “Ayaks”): Hər iki cinahda effektiv olmağı bacaran klassik vingerdi. Dəqiq ötürmələri hər iki ayağı ilə verməyi bacarır. Sərt mübarizələrdə yaxşı mənada seçilir. Çe fantastik sürətə sahibdi. Topa əla nəzarət edir və istənilən an hərəkətinin istiqamətini asanlıqla dəyişə bilir. Bu keyfiyyətlərinə görə, o, komandası oyuna nəzarət edərkən, çox faydalı olur.

Hücumçular

Joze Qomez (Portuqaliya, “Benfika”): Bu forvard geniş hücum çeşidlərinə sahibdi. Arxa cəbhədən qoşulan komanda yoldaşlarına ötürmə etmək, driblinq, hücumları effektiv bitirmək qabiliyyəti – bu, Jozenin vizit kartıdı. Topa açılarkən, bunu yüksək sürətdə edir və belədə, zərbə endirmək üçün əlavə saniyələr udur. Qapıya zərbə endirmək üçün dəridən-qabıqdan çıxır. Hər iki mərtəbədə təhlükəlidi.

Abel Ruiz (İspaniya, “Barselona”): Cüssəli olması sərt mübarizələrdən çəkinməməsini şərtləndirir. Abel izləyicisindən yayınmaq bacarığı ilə seçilir. Onun cani instikti var. Rəqibin cərimə meydançasında çiçək açır, müdafiəçiləri aldadıcı fəndlərlə dəli edir və yekunda qurtula bilir. Komanda yoldaşlarına ötürmə edərkən də paxıllıqla seçilmir.

Renat Dadaşov (Almaniya, “Red Bull Leypsiq”): Bu, əsl forvard-nişangahdı. “İkinci” və ya “birinci” mərtəbə, onun üçün heç bir fərqi yoxdu, hər yerdə effektivdi. Hər iki ayağıyla eyni ustalığa sahibdi. Renatın iki əsas kozırı var: ofsayd xətti üzərində oynamaq bacarığı və həlledici zərbə zamanı soyuqqanlı olması.

Bax, belə. Parlayan 27 futbolçu arasında soydaşımızın da adına rast gəldik. Ancaq almanlar ağızlarının dadını yaxşı bilir. AFFA-dan fərqli olaraq, Rüfəti yox, Renatı milli komandalarına qatıblar. Olsun. Hər halda karyerasının sonunadək Renat Azərbaycanın Almaniyadakı vizit kartı olacaq.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm