Dünya futbolu
Dodonun yeni komandası bəlli oldu
“Qəbələ”nin sabiq kapitanı Dodonun yeni komandasının…
“Qəbələ”nin sabiq kapitanı Dodonun yeni komandasının adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, “sambaçı” karyerasını vətənində davam etdirəcək.
Belə ki, tam adı Luis Paulo Hilaro olan 28 yaşlı yarımmüdafiəçi Braziliyanın B seriyasında mübarizə aparan “Joinvill” klubu ilə anlaşıb. Bu gün yeni komandasında tibbi müayinədən keçən Dodo yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə “Qəbələ”nin uğurları üçün çalışıb.