Milli komanda
Bolinya: “Milliləşdirilib, Azərbaycan yığmasında oynayacam”
Futzal üzrə Azərbaycan yığmasını yeni baş məşqçis…
Futzal üzrə Azərbaycan yığmasını yeni baş məşqçisi Milton Luiz Ziller Juniorun millimizə gətirəcəyi ilk legionerin adı bəlli olub. Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, söhbət “Marreko” klubundakı çıxışı ilə tanınan Bolinyadan gedir.
Klubu ilə yollarını ayıran braziliyalı karyerasını Azərbaycanda davam etdirəcəyini bildirib. O, ölkəmizdə milliləşdiriləcəyi qeyd edərək, bu il keçiriləcək dünya çempionatında forma geyinmək şansının yaranacağını vurğulayıb: “Ailəm – həyat yoldaşım və oğlum barədə düşünməliyəm. Bundan əlavə, dünya çempionatında oynamaq istəyirəm. Qərarımı vermişəm, karyeramı Azərbaycanda davam etdirəcəm. Milliləşdirilib, Azərbaycan yığmasında oynayacam. Bu alınsa, dünya çempionatında iştirak edəcəm. Nəticədə mənim üçün unikal şans yaranacaq. Yenidən Braziliyaya qayıtsam, ancaq “Marreko”da oynayaram”.
Bolinyanın hansı kluba keçəcəyi açıqlanmasa da, böyük ehtimalla, bu, “Araz” olacaq.
Qeyd edək ki, yığmamızın da iştirak edəcəyi dünya çempionatı 10 sentyabr – 1 oktyabr aralığında Kolumbiyada keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”