Ölkə futbolu
Martin O`Nil: "Elə bu da başımıza gəldi"
"Bu faktı qəbul edirik ki, Belçika bu turnirə gələn d…
"Bu faktı qəbul edirik ki, Belçika bu turnirə gələn digər komandalar qədər istedadlıdı. Ancaq buraxdığımız qolları onlara özümüz hədiyyə etdik".
Futbolinfo.az xəbər verir ki, bu sözləri Avropa çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində 0:3 hesablı məğlubiyyətdən sonra İrlandiya yığmasının baş məşqçisi Martin O`Nil söyləyib.
İlk turda İsveçlə xalları yarı bölən komandanın çalışdırıcısı fikirlərini belə davam etdirib: "İlk yarıda onlar bizi ciddi təzyiq altında saxlayırdı. İlk oyunumuzda topla yaxşı davranırdıq. Bugünkü görüşdə isə top bizə düşərkən, özümüzü itirirdik.
Fasilədən sonra vəziyyəti düzəltməyi düşünürdük, amma rəqib qol vurdu. Hesabda geri düşdəkdən sonra komanda meydan boyu dartılır. Belədə, rəqibin bəstəboy futbolçuları sizi cəzalandıra bilər. Elə bu da başımıza gəldi".
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”