Müsahibə
Renan da Silva: “Bizi öz oyunumuz maraqlandırır”
Bu gün “Kəpəz” Avopa Liqasına hazırlıq ç?…
Bu gün “Kəpəz” Avopa Liqasına hazırlıq çərçivəsində son yoxlama oyununu keçirdi. “Bakı” üzərində 6:0 hesablı qələbədən sonra Gəncə təmsilçisinin yeni transferi Renan da Silva Alves futbolinfo.az saytının suallarını cavablandırıb.
– İlk olaraq, “Kəpəz” haqda ilkin təəssüratlarını bölüşməyini istəyərdik…
– Açıq deyirəm, yeni komandam olduqca xoş təsir bağışlayır. Serjio ilə birlikdə bu kollektivə təzə qoşulsaq da, özümüzü rahat hiss edirik. Avropa Liqasında iştirak edəcək “Kəpəz”in 2-ci mərhələyə yüksəlməsi üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, “Daçiya” səddini aşa biləcəyik.
– Heç bir rəsmi oyunda iştirak etmədən birbaşa qitəmiqyaslı yarışda çıxış etmək oyununa mənfi təsir etməyəcək? Axı, anlaşma baxımından yeni komanda yoldaşlarınla tam isnişmək üçün zamana ehtiyac var…
– İlk gündən komandaya uyğunlaşmam uğurlu keçir. Türkiyə toplanışında da yoxlama görüşləri keçirmişik, Bakıda da. Bu qarşılaşmalarda özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışmışıq. Bu görüşlərin bizə çox faydası dəydi. İlk oyunu da doğma meydanda keçirəcəyik. Bu da özümüzə inamı bir qədər də artıracaq.
– Rəqib haqda hər hansısa bilgiyə sahibsən?
– “Daçiya” barədə müəyyən informasiya toplamışıq. Ancaq bizi onlardan çox öz oyunumuz maraqlandırır. İstədiyimiz futbolu sərgiləyə bilsək, düşünürəm ki, qalib gələn tərəf biz olacağıq.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı