Ölkə futbolu
"Qəbələ" toplanışı heç-heçə ilə başa vurdu
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı…
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb.
Roman Qriqorçukun yetirmələri hazırlıqların son günündə Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib.
Komandamız matçın 20-ci dəqiqəsində hesabı açıb. Gürcüstan təmsilçisinin qapısına “qırmızı-qaralar”ın yeni transferi Nika Kvekveskiri yol tapıb. Bu qoldan 15 dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yarada bilib – 1:1. Matç elə bu hesabla da başa çatıb.
Oyundan sonra komanda Bakıya qayıdıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə görüşəcək “Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin “Dila” klubu ilə (2:0) üz-üzə gəlib.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi