Ölkə futbolu
Partlayış "Daçiya"nın planlarını pozdu
Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanınd…
Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş partlayış Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"in rəqibi olan Moldovanın “Daçiya" klubunun planlarını pozub. Futbolinfo.az xəbər verir ki, bu gecə vətənə qayıtmalı olan moldovalıların uçuşu təxirə salınıb.
Buna səbəb adıçəkilən klubun Kişinyova İstanbula tranzit xətti ilə yollanması olub. Hazırda qardaş ölkəyə bütün uçuşlar təxirə salındığından avrokubok oyunlarına təyinat alan azərbaycanlı hakimlər də ölkədən kənara çıxa bilmir. Malta "Baltsan"ı ilə Avroliqanın 1-ci təsnifat mərhələsinin ilk oyununa yollanan "Neftçi" klubunun nümayəndələri və jurnalistlər də həmçinin, bu aqibətlə üzləşib. Onlara ən yaxşı halda sabah səhər saatlarında uçuşun baş tutacağı bildirilib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”