Bizi izləyin

Ölkə futbolu

"Kəpəz"in testi, Şişxanovun jesti

"Kəpəz" 16 illik həsrətə Bakıda son qoydu. Nizami yurd…

blank
"Kəpəz" 16 illik həsrətə Bakıda son qoydu. Nizami yurdunun təmsilçisinin doğma arenası heç bir standartlara cavab vermədiyi üçün gəncəlilər Mərdəkana pənah gətirmişdi. Ancaq nə mərdəkanlılar, nə bakılılar, nə də gəncəlilər komandaya dəstək olmadı. "Dalğa Arena"da "Kəpəz" 500-600 fanatın ümidinə qalmışdı. İrəliyə gedərək, qeyd edək ki, bu fanatlar da sevimli komandalarına ən çətin dəqiqələrdə dayaq olmadı.
 
Oyunun başlamasına 15 dəqiqə qalmış ilk qeyri-adiliyə rast gəldik. "Daçiya"nın prezidenti Adlan Şişxanov oyunçulara yaxınlaşır, bir-bir hamısına taktiki təlimatlar verirdi. Komandanın rəsmi baş məşqçisi Oleq Bejenar isə meyndaçada olsa da, kənardan bu hadisələri qonaq kimi seyr edirdi.
 
Oyun başladı, Şişxanovu məşqçi zonasında gördükdə, təəccübümüz birə-beş artdı. Ancaq inquş prezident moldovalılara əsl ağalıq nümunəsi göstərirdi. Belələrinə "lotu" deyilir.Şişxanov da "Daçiya"nın əsl lotusu idi. Amma onun özbaşnalığına Kərim Diniyev layiqli cavab verdi. Epizodların birində yarımmüdafiəçinin kənara vurduğu top Adlana dəydi və o, oyunçumuzun üstünə yeridi. Kərim lazımi cavabı qaytarınca Şişxanov ağıllandı, ata Diniyevin yaxınlaşıb verdiyi "qulaqburma"sı isə inquşu quzuya döndərdi.
 
Oyunun ilk dəqiqələrində "Kəpəz"in sıralarında həyəcan açıq-aşkar sezilirdi. Daha təcrübəli qonaqlar isə meydanın mərkəzindəki bəsit səhvlərdən maksimum faydalanmağa çalışırdı. Ancaq 8-10 dəqiqəlik start həyəcanını boğan Şahin Diniyevin yetirmələri tədricən təşəbbüsə yiyələnməyi bacardı və aydın oldu ki, bizim məşqçi Şişxanov-Bejenar cütlüyünü cibinə qoyub, gəzdirmək iqtidarındadı. Sadəcə, təcrübəli mütəxəssisin əlinin altındakı material yetərincə deyildi. Hətta bu vəziyyətdə də gəncəlilər meydanda dominantlıq edən tərəf idi. İlk dəqiqələrdə çoxsaylı səhvlərlə yadda qalan Kərim Diniyevlə Nicat Qurbanov da tədricən özlərinə gəldikdən sonra isə "Daçiya" ancaq qapısının toxunulmazlığı barədə düşünməyə başladı. Təmsilçimizin yeni transferi Serjinyo ara-sıra ağıllı hərəkətləri ilə rəqibi çaş-baş salmaq bacarığını ortaya qoymağı bacarırdı. Ancaq ideal formasından uzaq olduğu da aşkar sezilirdi. Elə bu üzdən də braziliyalı pleymeker ancaq nadir epizodlarda parlaya bilirdi.
 
Ötən mövsümün yarısını zədə səbəbindən buraxan Dario Federiko da əvvəlki dövrlərinin kölgəsini xatırladırdı. Vüqar Bəybalayev isə heç cür həyəcanını boğa bilmirdi.
 
Rəqiblərin hücumları zamanı tez-tez oyuna müdaxilə edən Şəhriyar Rəhimov isə ən xoş sözlərə layiqdi. Müdafiəçi təcrübəli rəqib qarşısında qətiyyən özünü itirmir, lazım gəldikdə sərt mübarizədən çəkinmirdi. Digər mərkəz müdafiəçisi Renan da Silva isə fiziki göstəriciləri ilə hətta "Daçiya"nın prezidentini də qorxudurdu. Bir neçə epizodda Renan gövdəsini necə lazımdısa, elə də işə saldı.
 
Fasilədən sonra isə rollar dəyişdi. "Kəpəz"in oyunçularının 60-cı dəqiqədən sonra yorulması "Daçiya"lıları şirə döndərdi. Komandamızı bütün heyətlə müdafiə olunmağa məcbur edən qonaqların yaratdıqları qol epizodları tezliklə fərqlənəcəklərindən xəbər verirdi. Ancaq Diniyev buna da əncam çəkdi. Üç yarımmüdafiəçini dəyişən mütəxəssis rəqibin 20 dəqiqəlik "basqın"ına son qoydu. Yorulmuş Nicat Qurbanov, Vüqar Bəybalayev və Serjinyonu əvəzləyən çalışdırıcı Ceyhun Cavadov, Tural Qürbətov və Orxan Əliyevi döyüşə atdı. Oyuna yeni daxil olanlardan yalnız Ceyhun oyuna rəng qata bildi. Qürbətovla Orxan isə… Onların sərgilədiyi futbola el arasında "belə da" deyilir. maraqlıdı ki, ikinci hissədə ən real qol imkanını elə Orxan Məmmədov yaxaladı. Ancaq o, 3 rəqibini başgicəlləndirici hərəkətlə aldadadan Dario Federikodan aldığı ötürmədən sonra rəqib qolkiperlə təkbətəkdən yararlana bilmədi.
 
İkipərdəlik qarşılaşmanını birinci yarısı arxada qaldı. "Kəpəz"in əzmkarlığı hər cür alqışa layiqdi. Rəqib güclü olsa da, məşqçi amilində təmsilçimiz daha güclüdü. Bəli, indi gəncəliləri çətin səfər qarşılaşması gözləyir. Ancaq unutmayaq ki, qarşıda 8 gün var və bu müddətdə komandamız görünən problemlərin bir qismini həll edə biləcək.
 
"Kəpəz" mərhələ keçməsə, bu, birbaşa klub rəhbərliyinin vicdanına yazılacaq. Komandada layiqli ehtiat qüvvə yoxdu. Sanki məşqçilərə 11 nəfərlik limit ayrılıb və yalnız bu sayda ortabab futbolçu var. Oyunu dəyişmək, hansısa mövqeni gücləndirmək üçün Diniyev rotasiyaya məcburdu. Amma o, bunu yalnız hansısa futbolçunu bir cinahdan digərinə keçirməklə edirdi. Darionun zədədən sonra tam toparlanmaması, yeni transferlərin heyətə uyunlaşmaması da ilk matçın qolsuz bitməsinə səbəb oldu. Cəmi 10 gündü bir yerdə olan oyunçular ciddi sınaq matçına da çıxmadılar və "Daçiya" ilə ilk oyun bəlkə də qüvvələrə baxmaq baxımından ən yaxşı fürsət idi. Bu "test"dən sonra cavab matçında "Kəpəz"dən daha çox şey gözləməyə dəyər.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Digər idman növləri2024-05-03 15:37

Azərbaycan birinciliyinin final oyunlarının vaxtı bilindi

blank
Ölkə futbolu2024-05-03 15:20

Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm