Ölkə futbolu
Ruslan Abışov rəsmən “İnter”də!
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun …
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun yeni klubu rəsmən müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “İnter”, “Neftçi” və İran klubundan təklif alan 29 yaşlı futbolçu seçimini edib.
Belə ki, Abışov karyerasını “İnter”də davam etdirməyə qərar verib. O, bu gün “bankirlər”lə rəsmi müqaviləyə qol çəkib. Tərəflər arasında 1+1 formatında sözləşmə imzalanıb. Bu isə o deməkdi ki, qarşıdakı mövsümü paytaxt klubunda keçirəcək Abışov gələn yay qarşılıqlı razılıq əsasında müqaviləsinin müddətini daha 1 illik uzada bilər.
Məlumatı Ruslanın agenti və qardaşı olan Sərxan Abışov da təsdiqləyib.
Millimizin futbolçusu yeni klubunda ilk seçimini artıq edib. Abışov “İnter”də özünə doğma olan 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “İnter” yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…