Ölkə futbolu
“Qəbələ”nin “son qatar sakini”
Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları …
Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Əsasnaməyə görə, turnir iştirakçıları oyunun başlama saatına 24 saat qalanadək daha bir futbolçunun adını sifariş ərizəsinə əlavə edə bilər. Futbolinfo.az xəbər verir ki, bu hüququndan yararlanan “Qəbələ” Baqali Dabonun adını iştirak ərizəsinə əlavə edib.
Bu barədə saytımıza məlumatı klubun meneceri Səbuhi Səfiyarlı verib. Klub rəsmisi bu imkandan yararlandıqları və günorta saatlarında Dabonun adını UEFA-ya göndərdiklərini bildirib.
Qeyd edək ki, Gürcüstan “Samtredia”sını qəbul edəcək Roman Qriqorçukun yetirmələrinin oyunu 8-ci kilometr stadionunda sabah saat 21:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…