Ölkə futbolu
"Qəbələ" yeni hücumçusunu təqdim etdi
2016-2017-ci illər mövsümünün hazırlıqlarını …
2016-2017-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini fransalı Baqali Dabo ilə gücləndirib.
28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.
“Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…