Ölkə futbolu
8 yaşlı qoca
Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasın…
Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasının 8 ili tamam olur. 2008-ci ildə yaradılan qurum ölkədə klub futbolunun bütün ağırlığını çiynində daşıyır.
Daxili yarışların təşkilini yüksək səviyyədə yerinə yetirən qurum mövcud olduğu müddətdə ancaq xoş təəssüratlara səbəb olub. Premyer Liqa, I divizion, əvəzedicilər arasında çempionat və ölkə kubokunu keçirən PFL bütün çətinliklərə rəğmən, işinin öhdəsindən gələ bilib.
Təbii ki, problemlər, çatışmazlıqlar da var. Amma faktdı ki, PFL-in mövcud olduğu illərdə klub futbolu daha nizamlı inkişaf edib. Elə bunun nəticəsidi ki, avrokuboklarda nəticələrimiz yaxşılaşıb. Əvvəlki illərlə müqayisədə ölkə çempionatında daha sağlam mübarizə gedor və bunun da nəticəsində 3 klubumuz Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb, “Qarabağ” buna 2 dəfə nail olub. Bu mövsüm mübarizəyə qoşulan 3 klubumuzun əla startında da (2 qələbə, 1 heç-heçə) PFL-in xidməti danılmazdı.
Amma əldə olunan uğurlarla kifayətlənmək olmaz. 9 yaşın tamamında PFL-in “doqquzluğ”u nişan almasını arzu edirik. Ad günündə səbəbkara ancaq xoş sözlər deyərlər. Bu səbəbdən də tənqidləri bir günlük unudub PFL-in kollektivini təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.
P.S.: Ümid edirik ki, onlar da bizi Beynəlxalq İdman Jurnalistləri Günü münasibəti ilə təbrik edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…