Dünya futbolu
ÇL-də ikinci təsnifat mərhələsinin bütün cütlükləri bəlli oldu
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin s…
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib. Futbolinfo.az xəbər verir ki, bir gün öncə baş tutan 3 oyundan sonra ötən gecə ikinci təsnifat mərhələsinə yüksəlmiş 4-cü komandanın da adına aydınlıq gəlib.
Cəbəllütariq təmsilçisi “Linkoln” öz meydanında Estoniya “Flora”sı ilə qarşılaşıb.
İlk matçda səfərdə 1:2 hesablı məğlubiyyətə üzülmüş meydan sahibləri cavab matçında 2 cavabsız qolla mərhələ keçən tərəf olublar.
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi, cavab oyunu
“Linkoln” (Cəbəllütariq) – “Flora” (Estoniya) – 2:0
Qollar: Çipolina, 15, Kalderon, 79
İlk oyun: 1:2
Artıq ikinci təsnifat mərhələsinin bütün cütlükləri də müəyyənləşib. İkinci təsnifat mərhələsində “Seltik” (Şotlandiya) Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşacaq.
Kiprin APOEL klubunun rəqibi isə Uels təmsilçisi TNS olub.
Üçüncü mərhələyə çıxmaq üçün “Srvena Zvezda” (Serbiya) “Torshavn”ı (Farer Adaları) yolundan kənarlaşdırmalıdır.
Öz növbəsində “Dinamo” (Tiflis) isə “Alaşkert”lə (Ermənistan) münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Çempionlar Liqasının birinci və ikinci mərhələsinin püşkatması iyunun 20-sində Nyonda atılmışdı.