Ölkə futbolu
“Neftçi”nin sabiq üzvü Braziliya klubunda
“Neftçi”nin sabiq müdafiəçisi Karlos K…
“Neftçi”nin sabiq müdafiəçisi Karlos Kardosonun yeni klubu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ötən il “ağ-qaralar”dan ayrılaraq “Traktorsazi” klubuna keçən braziliyalı futbolçu orda da çox qalası olmayıb.
Nəticədə Kardoso ölkəsinə qayıtmağa qərar verib. O, Braziliyanın “Amerika” klubu ilə anlaşıb. Tibbi müayinədən keçən 31 yaşlı futbolçu yeni komandası ilə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Bununla bağlı fikirlərini bölüşən Kardoso uzun fasilədən sonra Braziliyaya qayıtdığı üçün şad olduğunu bildirib: “Amerika”ya keçdiyim üçün şadam. Karyerama Braziliyada başladıqdan sonra ölkə xaricinə çıxdım, bir çox klublarda oynadım. Yenidən vətənə qayıtdığım üçün şadam. Yeni klubumda uğurlu karyera yaşayacağıma ümid edirəm”.
Qeyd edək ki, Kardoso 2013-2015-ci illərdə “Neftçi”nin formasını geyinib.