Müsahibə
Vəli Qasımov: "Hamımız qalib gəlmək istəyirdik"
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" – "Şkendiya" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis yetirmələrinə müdafiədən oynamaq tapşırığı verdiyini bildirdi.
– Rəqib fərdi və kollektiv şəkildə təcrübəsini ortaya qoydu. Səfərdən uğurlu nəticəylə dönmək çətin olacaq. Ancaq 3-cü tura çıxsaq, ola bilər ki, qrupa düşək.
– "Neftçi" azarkeşlərinə yazığınız gəlmir? Yenə də qalib gələ bilmədiniz.
– Hamımız qalib gəlmək istəyirdik.
– Oyunu müdafiədən qurmuşdunuz. Bu, sizin tapşırığınız idi, yoxsa rəqib buna məcbur elədi?
– Oyunu müdafiədən mən qurmuşdum. Qapımızın toxunulmazlığını qorumaq istəyirdik. Buna nail olsaq da, hücumda fərqlənə bilmədik.
– Oyunu uzatmağı da siz tapşırmışdınız?
– Belə bir epizod xatırlamıram.