Ölkə futbolu
Akrapoviç: "Siz artıq D planına çatdınız"
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmas…
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Neftçi"ni qəbul edəcək Makedoniya "Şkendiya"sının baş məşqçisi Bruno Akrapoviç mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bir vaqon planının olduğunu bildirdi.
– Səfərdə qolsuz bərabərliyə qalsanız da, burda buraxılan qol işinizi çətinə sala bilər…
– Razıyam. Olduqca diqqətli oynamalıyıq.
– Qapınızda qol görsəniz, oyunu xilas etmək üçün B planınız var?
– Bəli, bu durumla bağlı da hazırlıqlarımız var.
– Bəs, oyun penalti seriyasınadək uzansa?
– Bu, heç C planı da deyil. Siz artıq D planına çatdınız.
– İlk oyunda "Şkendiya" hücumlarını mərkəzdən qururdu. Sabahkı oyunda fərqli taktikadan istifadə etməyi düşünürsünüz?
– Bu, sizin fikrinizdi. Qismən razılaşıram. Doğrudan da mərkəzdən daha çox hücumlar qurduq. Ancaq cinahlarda da təzyiq göstərirdik.
– Növbəti rəqib barədə düşünmürsünüz?
– Xeyr. Çünki belədə, sabahkı oyunda büdrəyə bilərik. Doğrudu, sonra az vaxtımız qalacaq. Amma mərhələ adlayacağımız təqdirdə maksimum konsentrasiya olub, 3-cü turdakı rəqibi də təhlil edəcəyik.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq