Ölkə futbolu
Tovuzda “səfərbərlik”
“Turan Tovuz” cari mövsümdə iddialı olmağı q…
“Turan Tovuz” cari mövsümdə iddialı olmağı qarşısına məqsəd qoyub. Belə ki, baş məşqçi Əsgər Abdullayev heyətə təcrübəli futbolçular cəlb etməklə iddialı komanda formalaşdırmağa çalışır.
Futbolinfo.az saytının məlumatına görə, vaxtilə əvəzedicilərin yarışında bombardir olan, ötən mövsüm isə bu bacarığını “Şərurspor”da göstərən Rəhman Musayev, veteran qapıçı Nizami Sadıqovun oğlu – “İnter”in üzvü İlkin Sadıqov, “Neftçala”dan Cəmil Rəhimli ilə danışıqlar demək olar ki, yekunlaşıb. Bundan əlavə, elita təcrübəsi olan Elvin Həsənəliyevin də “Turan Tovuz”da oynamaq ehtimalı var. Ötən mövsümdə “Rəvan”ın formasını geyinmiş yarımmüdafiəçinin perspektivinə böyük ümidlər bəslənilsə də, zədələr onu çox geri saldı. Hazırda elita klublarından təklif almayan Elvin böyük ehtimalla Tovuzda oynayacaq.
Qeyd edək ki, Elvin Həsənəliyev Azərbaycan futbolunun “qızıl oğlan”ı Zaur Tağızadənin bacısı oğludur.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə