Ölkə futbolu
Petrjela: “Qarabağ”la oyunlarda hər şeyə hazır olmalıyıq”
“Qarabağ” bizə tanış rəqibdi. Bilirsiz ki, bu komanda…
“Qarabağ” bizə tanış rəqibdi. Bilirsiz ki, bu komanda ilə 2 il əvvəl yoxlama görüşü keçirmişik və 1:3 hesabı ilə uduzmuşuq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Viktoriya” klubunun futbolçusu Milan Petrjela deyib.
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə adlayan “Qarabağ” Çexiya təmsilçisinə rəqib olub.
Ağdam klubu barədə danışan təcrübəli yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib. Çexiya yığmasının da formasını geyinən 33 yaşlı futbolçu Azərbaycana səfərin uzaq olduğunu bildirməklə yanaşı, hər vəziyyətə hazır olacaqlarını deyib: “Rəqibimiz çox möhkəm komandadı. Onlar haqda daha çox məlumat toplamalıyıq. O ki qaldı Azərbaycan səfərinə, mən uzaq səyahətin əleyhinə deyiləm. Bu, futbolun bir hissəsidi. Təbii ki, daha yaxın məsafəyə uçmaq şansımız ola bilərdi. Amma mərhələni “Qarabağ” keçdi. Seçimi biz edə bilməzdik. Oyunun hazırlığını yaxşı keçirməliyik. Həm uzaq səfər, həm ordakı hava şəraiti, həm də vaxt amili nəzərə alınmalıdı. Odu ki, “Qarabağ”la qarşılaşmağımızın pis və ya yaxşı olduğunu düşünməkdənsə, hər şeyə hazırlıqlı olmaq lazımdı”.
Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasındakı ilk matç iyulun 26-da Plzendə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə