Ölkə futbolu
“Qarabağ” üç pillə irəlilədi
“Qarabağ” UEFA reytinqində 3 pillə irəliləyib. Futbol…
“Qarabağ” UEFA reytinqində 3 pillə irəliləyib. Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Düdelanj”la 1:1 hesablı heç-heçə edib, mərhələ adlayan təmsilçimiz siyahıda 117-ci pilləyə yüksəlib.
Hesabına 0,525 xal əlavə edən Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticələrinə əsasən əmsalını 14,025-ə çatdırıb. Bunun 1,825-i cari mövsümə təsadüf edib.
2012/13 mövsümündə 0,600, ardınca 2,000 xal toplayan “Qarabağ” qrupa düşdüyü son iki ildə əvvəl 5,725, sonra 3,875 xal qazanmışdı. Belə çıxış ötən həftə 120-ci olan “ağ-göylərə” 117-ci yerədək yüksələk imkanı verib.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdi. Siyahıya 144,428 xala malik “Real” başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədə qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq