Ölkə futbolu
"Bakı"nın məşqçiləri məşvərətə yığıldı: yeni mövsümün planları cızılır
Dünən "Futbolinfo"da "Bakı"nın növbə…
Dünən "Futbolinfo"da "Bakı"nın növbəti mövsümdə ölkə çempionatında çıxış etməməsinin mümkünlüyü ilə bağlı xəbəri oxumuşduz. Belə ki, paytaxt klubunun hətta I divizionda da çıxış etməməsi realdı.
Az öncə "Bakı"nın icraçı firektoru Yaşar Seyidov redaksiyamıza telefon açdı. O, komandanın dağılacağı haqda deyilənləri təkzib etdi: "Komandamız divizion klubları arasında yayda 3 yoxlama oyunu keçirən yeganə kollektivdi. Hazırda da yeni mövsümün planlarını cızırıq. Kifayət qədər futbolçumuz, texniki imkanlarımız var. İnfrastrukturumuz da normal fəaliyyət göstərməyə imkan verir. Maliyyə problemlərini də qısa müddətdə həll edib yarışa qatılacağıq".
Bu gün isə klubun məşqçiləri bir araya gəlib yeni mövsümün planlarını müzakirə edəcək. "Bakı"nın avqustun 10-a kimi hazırlıqlara start verməsi gözlənilir.