Ölkə futbolu
“Düdelanj”ın futbolçusu: “Aqressivlik çatmadı”
“Qarabağ”la oyunda qaçırılan penaltini həlledic…
“Qarabağ”la oyunda qaçırılan penaltini həlledici saymaq olmaz. Bu zərbə ilə mərhələ adlamaq şansımız bitməmişdi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Daniel da Mota deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ev oyunu haqda fikirlərini açıqlayan 31 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmanı əlavə daşıya bilmədiklərinə təəssüflənir: “Düzdü, ilk yarıda vurulacaq qol oyunun axarına təsir edə bilərdi. Amma bu epizoddan sonra da mübarizəni dayandırmayıb, sonadək “vuruşduq” ki, matçı əlavə vaxta daşıyaq. Hətta Rodriqo Dikaba cərimə zərbəsindən qol vurmağa da yaxın oldu. Həmin anda fərqlənsəydik, matç başqa cür yekunlaşardı. Təbii ki, çox təəssüfləndirici haldı. Amma matçın sonunda aqressivliyimizin çatmadığını da etiraf etməliyik”.
Qeyd edək ki, “Qarabağ” Bakıda keçirilən ilk matçdakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə