Bizi izləyin

Ölkə futbolu

Elnur Məmmədovla "elektrik stulu"nda. "Qalstuksuz"

Makedoniyanın paytaxtında keçirdiyimiz ikinci günün…

blank

Makedoniyanın paytaxtında keçirdiyimiz ikinci günün zirvə nöqtəsi "Neftçi"nin nümayəndə heyətinin rəhbəri, klubun icraçı direktoru Elnur Məmmədovun dəvəti ilə baş tutan nahar yeməyi oldu. Əlbəttə, yemək bəhanə idi. Klub rəsmisi ilə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu öncəsi "qalstuksuz" görüş həm səmimi alındı, həm də məhsuldar. 

Kimdi lider?

Doğrudu, müzakirələr ölkə futbolunun bugünkü durumundan start götürdü. Ancaq bütün yollar Romaya aparan kimi, söhbətimizin şax damarı da yekunda "Neftçi" oldu. Klub rəsmisiylə "ağ-qaralar"ın heyətində liderliyi üzərinə götürmək iqtidarında olan futbolçunun yoxluğu barədə xeyli söhbət etdik, fikir mübadiləsi apardıq. Onun böyük səylə hər bir oyunçunu müdafiə etməsinin şahidi olduq. Bəzi hallarda reallıqdan uzaqlaşıb, futuroloji proqnozlar verildi. Araz Abdullayev mövzusu xeyli qabardıldı. Kimlərsə "Neftçi"ni Arazsız təsəvvür etmədiyini, kimlərsə ümumiyyətlə bu komandaya yaraşmadığını bildirdi. 

"Heç bir gərginlik yoxdu"

Eyni zamanda, Məmmədov "Şkendiya"nın maliyyə dayaqları barədə də məlumat verdi. Onun "Şkendiya" albanlar tərəfindən ciddi maliyyə yatırımları hesabına yaşayır. Bu üzdən də səviyyəli futbolçular almaqda korluq çəkmirlər" deməsi, heç də axşamkı rəqibi gözümüzdə böyütmək məqsədi güdmürdü. Real vəziyyət budu ki, ölkəmiz iqtisadi böhran yaşadığı vaxt "ağ-qaralar"ın maliyyə sarıdan yağ-bal içində olması qeyri-mümkündü. Rəqibdə isə hazırki vəziyyət tam fərqlidi. Ancaq bununla yanaşı icraçı direktordan mənə maraqlı gələn sualın da cavabını aldım. Subyektiv fikrimi çatdırım ki, sualın məğzi də aydın olsun. "Neftçi" fərdi ustalıq, təcrübə, komanda şəklində "Şkendiya"ya uduzur. Ancaq bunu kompensasiya edən məqam psixoloji hazırlıq, əzmkarlıq, istək kimi amillər ola bilər. Dediklərimizi yekunlaşdırarkən, Vəli Qasımovun komandasının psixoloji cəhətdən axşamkı döyüşə hazır olması həlledici rol oynamalıdı. Elnur bəy bu baxımdan komandanın tam hazır olduğunu dilə gətirdi: "Heç bir gərginlik yoxdu. Uşaqlar üzərlərində heç bir təzyiq hiss etmirlər".

Məmmədov yanılmayıbsa, "Şkendiya"nın məğlubiyyəti real görünür. Çünki təmsilçimiz qapısından erkən qol buraxmasa, hər ötən dəqiqə meydan sahiblərinin əsəblərini tarıma çəkəcək. Rəqibin ürəyinə batırılan bir xəncər isə həlledici rol oynaya bilər.

Yubanan transferlər

Klub rəsmisiylə transferlərin gec həyata keçirmələrini də müzakirə etdik. Məmmədovdan sitat: "Razıyam. Ancaq obyektiv səbəblər də var ki, bu barədə xəbəriniz yoxdu. Məsələn, ötən mövsüm bir qapıçını gözaltı etmişdik. Bütün mövsüm boyu onu izlədik. Ancaq mayda həmin əlcək sahibini bizə təklif edən menecer "sövdələşmə baş tutmur" deməklə, işlərimizi çətinə saldı. Bəli, mən də razıyam ki, hücum xəttinə oyunçu transfer etmək lazımdı. Ancaq bu məsələnin yubanmasının da səbəbi var. Mövsüm ərzində 3 baş məşqçimiz dəyişdirildi. Hərəsinin öz baxış bucağı var. Bu konsepsiyaya uyğun da oyunçu seçimi etməli oluruq. Əlbəttə, razılaşmaya bilmirəm ki, transfer çalışmaları daha tez başlanmalıdı. Amma bunun baş tutmamasının səbəblərini də açıqladım".

Elnur bəy klubun ən böyük uğuru kimi qələmə verdiyi bazanın tikilişinin son mərhələyə qədəm qoymasını göstərdi ki, bununla razılaşmamaq olmur. Çünki legionerlər hesabına qazanılan qələbələr sabun köpüyündən fərqlənmir, bazada isə onlarla, yüzlərlə yeniyetmə futbolçular yetişəcək: "Gələn ilin mart ayına işləri yekunlaşdırmağı planlaşdırırıq".

Diaqnoz

Klub rəsmisi ilə ilk dəfəydi ki, uzunmüddətli söhbətim baş tuturdu. Tet-a-tet olmasa belə. Subyektiv diaqnozum belədi: mühafizəkar, konservativ baxışlı, radikal addımdan, kəskin qərardan çəkinən icraçı direktor. İstənilən xasiyyətin formalaşmasında ətraf mühitin rolu böyükdü. Məmmədovun "Neftçi" kimi, öz təbirincə desək, "elektrik stulu" olan bir klubu idarə etməsi izini buraxmaya bilməz. Əlbəttə, "Neftçi"nin yerinə sıradan bir, tarixi 80 illə ölçülən klub olmasaydı, böyük ehtimalla Məmmədov da fərqli təəssürat oyada bilərdi. "Neftçi" isə "Neftçi"di: futbolumuzun "ağ-qara" tarixinin yeganə müəllifi.

Sonluq əvəzi

Artıq vidalaşmaq vaxtı idi. Məmmədovun "biz bura qələbə üçün gəlmişik" deməsinə, bəndəniz "heç-heçə də yarayar" reaksiyası nahar iştirakçılarının da ürəyincə oldu. Axı, qarşılaşma əsas vaxtla yekunlaşacaqsa, deməli, istənilən heç-heçə təmsilçimizi növbəti mərhələyə daşıyacaq…

CEYHUN ƏLİYEV / Skopye

P.S. Vidalaşarkən çəkdirdiyimiz şəkil də simvolik alındı. Günəş şüalarının gündüz vaxtı uzun olması, şəkildəki ağ-qara kontrastı yaratdı.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm