Ölkə futbolu
Ələkbər Məmmədov yad olundu – FOTOLAR
Azərbaycan futbolunun tarixində özünəməxsus yeri olan, &…
Azərbaycan futbolunun tarixində özünəməxsus yeri olan, ölkə futbolunun inkişafında müstəsna xidmətlər göstərmiş, Azərbaycan milli komandasının ilk baş məşqçisi, futbol sahəsində çoxsaylı titul və mükafatlara layiq görülmüş mərhum Ələkbər Məmmədovun vəfatının 2-ci ildönümüdür. Futbolinfo.az xəbər verir ki, bu münasibətlə bu gün AFFA rəsmiləri və ölkə futbol ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda Ə.Məmmədovun məzarını ziyarət ediblər.