Dünya futbolu
“Traktorsazi” mövsümə 1 xalla başladı
Futbol üzrə İran çempionatında yeni mövsümə …
Futbol üzrə İran çempionatında yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, ötən gün baş tutan dörd oyundan biri Cənubi Azərbaycanın paytaxtı Təbrizdə baş tutub.
Burada yerli "Traktorsazi" klubu da yeni mövsümdəki ilk oyununa çıxıb. Təbriz təmsilçisi doğma meydanda "İstiqlal"ı qəbul edib. Təəssüf ki, dörd qolun vurulduğu oyunda "traktorçular" qələbə qazana bilməyiblər və matç heç-heçə bitib – 2:2.
Qeyd edək ki, İran çempionatında daha iki Təbriz klubu mübarizə aparır. Onlardan "Göstəriş" bu gün doğma meydanda "Paykan"la qarşılaşacaqsa, "Maşinsazi" səfərdə "Fulad"la üz-üzə gələcək.