Ölkə futbolu
“Qarabağ” üçün düşərli hesab
Dünən Çexiyada “Vktoriya” ilə qolsuz bərab?…
Dünən Çexiyada “Vktoriya” ilə qolsuz bərabərə qalan “Qarabağ” bir sıra maraqlı nəticələrə imza atdı. Futbolinfo.az xəbər verir ki, qeydə alınan hesabdan sonra onlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə məğlub olmayan ilk komandamız kimi tarixə düşdü. Ağdamlılara kimi təsilçilərimiz 4 dəfə bu mərhələdə səfərdən məğlubiyyətlə dönüb:
2009. “Levski” (Bolqarıstan) 2:0 “Bakı”
2012. “Makkabi” (İsrail, Təl Əviv) 4:0 “Neftçi”
2014. “Zaltsburq” (Avstriya) 2:0 “Qarabağ”
2015. “Seltik” (Şotlandiya) 1:0 “Qarabağ”
Digər yaddaqalan məqam isə ağdamlıların çexlərə məğlub olmayan 2-ci Azərbaycan klubu olmasıdı. Daha öncə keçirilən 5 matçda yenilən təmsilçilərimiz arasında yalnız “Karvan” 2006-cı ildə Praqada “Slaviya” səfərindən qolsuz sülhlə ayrılmışdı.
Məğlubiyyətsizlik “Qarabağ”a daha bir rekord gətirdi. Qurban Qurbanovun yetirmələri qitənin 1 nömrəli klub turnirində özünün ən uzun yenilməzlik seriyasını qazandı. “Atlılar” sonuncu dəfə ÇL-də 4 oyun öncə – ötən mövsüm səfərdə “Seltik”ə məğlub olub.
Avrokuboklar tarixində təmsilçilərimiz 27-ci, “Qarabağ” isə 8-ci dəfə 0:0 hesablı nəticəyə imza atıb. Quru sülhü ağdalılar üçün uğurlu nəti saymaq mümkündü. Ən azı bunu tarix deyir:
2009/10. “Rusenborq” (Norveç) 0:0, 0:1 “Qarabağ” (AL)
2014/15. “Qarabağ” 0:0, 1:1 “Tvente” (Hollandiya) (AL)
2014/15. “Qarabağ” 0:0, 1:1 “Sent-Etiyen” (Fransa) (AL)
2015/16 “Qarabağ” 0:0, 1:0 “Rudar” (Çernoqoriya) (ÇL)
Statististikaya nəzər salsaq, görərik ki, ağdamlılar ilk matçda qolsuz bərbərliklə başa çatan duellərin 2-ci pərdəsində rəqiblərinə layiqli cavab verə bilib. Ənənə pozulmasa, Qurbanovun yetirmələri indiyə kimi heç bir klubumuzun edə bilmədiyini – ÇL-in pley-off mərhələsinə vəsiqəni təmin edəcək, həmçinin, ilk dəfə Çexiya təmsilçisini sıradan çıxaracaq Azərbaycan klubu kimi tarixə düşəcək.