Bizi izləyin

Ölkə futbolu

Ölkə çempionatının ilkin cizgiləri

Ölkə çempionatının startı yaxınlaşdıqca, komandalar…

blank

Ölkə çempionatının startı yaxınlaşdıqca, komandaların şansları barədə düşüncələr də real formalar almağa başlayır. Bəli, “Sumqayıt” kimi “gizli qutu”muz da var. Ancaq əksər iştirakçılar haqda az-çox fikir irəli sürmək mümkündü.

Son 3 mövsümün çempionu “Qarabağ” tarixinin ən güclü heyətinə sahibdi. Ağdam təmsilçisinə başının avrokuboklara qarışması belə, heç bir maneə törətməyəcək. Qurban Qurbanovun sərəncamında rotasiyalar aparmaq üçün yetərincə yüksək səviyyəli oyunçu var. “Süvarilər”in qızıl medallar uğrunda mübarizədə əsas favorit olacağına heç kimdə zərrə qədər şübhə yoxdu. Doğrudu, komanda hücum xəttini gücləndirməlidi. Ancaq bu, daha çox avrokubok görüşlərinə şamil olan məsələdi. Ölkə daxilində isə “Qarabağ” üçün əlindəki material da kifayətdi.

Ötən mövsüm olduğu kimi, bu dəfə də çempionat öncəsi “Qarabağ”ın əsas rəqibi kimi, “Qəbələ” görünür. Roman Qriqorçukun yetirmələri Avropa Liqasında sərgilədikləri oyunları ilə 1 il əvvəlkindən də əzəmətli görünürlər. Ancaq bir sıra məqam var ki, klub rəhbərliyi bunu göz önünə almalıdı. Ukraynalı mütəxəssisin əsas heyət üzvləri ilə ehtiyat qüvvə arasında yerlə göz qədər fərq var. Yəni, kimsə zədələnsə, kart limitini aşsa, start heyəti xeyli zəifləyəcək. Üstəlik, “Samtredia”, MTK və “Lill”ə qarşı oyunlara aldanmaq olmaz. Ötən mövsüm komandanın motivasiya baxımından axsamasını açıq-aydın gördük. Ancaq əsas heyət oyunçularına görə, məhz “Qəbələ” “Qarabağ”la başabaş mübarizə aparacaq ən real namizəddi.

Ötən mövsümün sensasiyası sayılan “Zirə”nin ikinci dəfə boyundan hündürə tullana biləcəyi inandırıcı görünmür. Adil Şükürovun komandasının bu il də medallar uğrunda mübarizə aparması üçün iddialıların yenidən “Zirə”yə barmaqarası yanaşması gərəkdi ki, bu da real deyil.

“İnter”. Nəzərə alsaq ki, ötən mövsüm komanda yaşamaq uğrunda ölüm-qalım mübarizəsi aparırdı, indiki vəziyyətini “yağ-bal” adlandırmaq olar. “Qarabağ”ı nəzərə almasaq, “bankirlər” ölkənin ən güclü yerli futbolçularını rənglərinə qatıb. Maraqlıdı ki, komandada cəmi 3 əcnbə yer alıb – Denis Silva, Adrian Skarlatake, Zurab Xizanişvili. Doğrudu, İlter və Sərtan Taşkınlar milliyətcə türk, Pərdis Fərcad Azad isə iranlıdı. Ancaq bu oyunçular Azərbaycan pasportuna sahib olduqları üçün yerli statusu daşıyırlar. Uzun illər onlarla əcnəbiyə qucaq açan və bu üzdən “xarici klub” kimi tanınan “bankirlər”də indi əcnəbi qıtlığı var. Komandanın bütün xətləri mobil görünsə də, pleymeker funksiyasını üzərinə götürə biləcək oyunçusu yoxdu. Ötən mövsüm bunu Nika Kvekveskiri həyata keçirirdisə, indi komandanın belə bir fiquru yoxdu. Ancaq Rauf Əliyev kimi taran tipli, Ağabala Ramazanov kimi sürətli hücum xətti oyunçularına sahib Zaur Svanadzenin komandası medallar uğrunda mübarizədə ciddi rəqib olacaq.

“Kəpəz”in əsas “qol ümidi” Şahin Diniyevdi. Mütəxəssis özü ötənilkindən daha güclü komandaya sahib olduqlarını bildiribsə, deməli, gəncəlilər rahat nəfəs ala bilərlər. “Kəpəz” medalçılar sırasına düşməsə belə, avrokubok zonası uğrunda sonadək mübarizə aparacaq.

“”Neftçi”də işlər “fırıqdı”. Komandanın Avropa Liqasındakı səviyyəsini hər kəs gördü. Bu futbolçularla ancaq sınıq-salxaq komandalara qalib gəlmək olar. Heyətə normal dayaq yarımmüdafiəçisi və forvard cəlb olunmasa, “ağ-qaralar”ın azarkeşləri hər oyuna validolla gəlməli olacaqlar. Özü də burda baş məşqçi dəyişikliyi də fayda verməyəcək. Çünki ifaçıların səviyyəsi olduqca aşağıdı. Başqa sözlə, “Neftçi” heyəti komplektləşdirə bilməsə, elitada qalmaq uğrunda mübarizə aparacaq. Əlbəttə, unutmayaq ki, klubun sponsorları pul verməyəcəyi təqdirdə, yeni oyunçuları almaq planının həyata keçməsi qeyri-mümkündü.

AZAL ötən mövsümlə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyib. Doğrudu, heç keçən il də “təyyarəçilər” ciddi heyətə sahib deyildilər. Ancaq bu dəfə vəziyyət daha ağırdı. Doğrudu, məşqçi heyəti hələ də büdcənin artırılacağına ümid edir. Ancaq bu baş versə belə, komandada vahid ansambl yaranana çempionat yarılanacaq. Ciddi islahatlar aparılmayacağı təqdirdə, Tərlan Əhmədovun yetirmələri turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmamaq uğrunda mübarizə aparacaqlar.

“Sumqayıt”ın hansı simada təqdim olunacağı olduqca maraqlıdı. Samir Abasovun heyətlə bağlı etdiyi rotasiyaların hansı nəticələri verəcəyi maraqlıdı. Ancaq gedənlər və gələnləri müqayisə etdikdə, “Gənclik şəhəri” təmsilçisinin də turnir cədvəlinin aşağı sıralarında var-gəl edəcəklərini proqnozlaşdıra bilərik.

Beləliklə, ilkin təəssüratları yekunlaşdıraq: “Neftçi”, AZAL və “Sumqayıt” yaşamaq, sonuncu olmamaq uğrunda mübarizə aparacaqsa avrokubok zonasına daha iddialı “Qarabağ”, “Qəbələ” “İnter” və “Kəpəz” olacaq. “Zirə” də yəqin ki, çempionatımızın “İsveçrə”si olar – neytral, nə yuxarı boylanan, nə də aşağı.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm