Ölkə futbolu
“Qəbələ" ilə heç-heçə bizim üçün müsbət nəticə deyil”
“Qəbələ” ilə ev oyunumuzda qeydə alınan heç-h…
“Qəbələ” ilə ev oyunumuzda qeydə alınan heç-heçə bizim üçün müsbət nəticə deyil”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Fransanın “Lill” klubunun futbolçusu İbrahim Amadu deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən “Qəbələ”ni qəbul edən “Lill” 1:1 hesablı heç-heçəyə razılaşıb.
Klubun rəsmi saytına açıqlama verən Amadu görüşlə bağlı fikirlərini bölüşüb: “Cavab matçı bizim üçün önəmlidi, həmin qarşılaşmada əsl oyunumuzu nümayiş etdirməyə çalışacağıq. İlk görüşün birinci hissəsində özümüzə bənzəmədik. Əsl oyunumuzu göstərmək alınmadı. Fasiləyə kimi rəqibin hücumları daha təhlükəli olurdu. İkinci hissədə isə vəziyyət dəyişdi, rəqibdən üstün oynadıq. Cavab matçının da çətin keçəcəyini bilirik. Amma qələbə qazanıb, məqsədimizə çatmaq mümkündü”.
Qeyd edək ki, “Qəbələ” və “Lill” arasındakı cavab görüşü avqustun 4-də Bakıda keçiriləcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…