Ölkə futbolu
Satılan biletlərin sayı 24 mini keçdi
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhəl…
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” evdə “Viktoriya”nı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu oyuna bilet satışı davam edir.
Klubdan aldığımız məlumata görə, artıq 24 min bilet sahibinə qovuşub. Qarşılaşmanın startına hələ bir neçə saat vaxt qaldığını nəzərə alsaq, tribunaların tamamilə dolacağını gözləmək olar.
Qeyd edək ki, matç saat 20:30-da start götürəcək. Oyunun reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionu 31200 tamaşaçı tutumuna malikdi.