Bizi izləyin

Ölkə futbolu

Son sınaq, ərköyün Dario və sahibsiz komanda…

Topaz Premyer Liqasının I turunda "Qəbələ"nin qonağı …

blank

Topaz Premyer Liqasının I turunda "Qəbələ"nin qonağı olacaq "Kəpəz" yay fasiləsində sonuncu yoxlama oyunununda qüvvəsini sınadı. Futbolinfo.az saytı xəbər verir ki, dünən Gəncə klubu I divizon təmsilçisi "Şərurspor"u 6:1 hesabı ilə üstələdi.

Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan görüş saat 17:00-a təyin edilsə də, 40 dəqiqə yubanma ilə başladı. Hava isti və bürkülü olduğundan baş məşqçi Şahin Diniyev komandaya "ustanovka”nı tribunada kölgəyə çəkilərək verirdi, amma bu da Premyer Liqa klubu üçün yaxşı hal deyil. Hər halda, elitada mübarizə aparan komanda daha yaxşı məkanlarda məşq etməli, yoxlama oyunları təşkil etməlidi. Lakin "Kəpəz"in mövcud vəziyyətini nəzərə alsaq, bu, normal haldı.

Təsəvvür edin, komanda o qədər miskin durumdadı ki, Diniyevin köməkçiləri – Füzuli Allahverdiyev və Xaliq Mərdanov maddi imkan olmadığından Gəncədə qalıb və kollektivlə birgə toplanışda iştirak edə bilmirlər. Belə bir vəziyyətdə isə dünən Diniyevə "Qarabağ"da məşqçi kimi çalışan Elmir Xankişiyev kömək edirdi.

Pul qıtlığı öz yerində, "Kəpəz"in sahibsiz qalması da başqa bir dərddi. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin komandanın avrokubok matçına gəlməməsi bir yana, "Şərurspor"la oyunda rəhbər şəxslərdən kimsə gözə dəymədi. Nə Mehman Allahverdiyev vardı, nə də Mikayıl Nərimanoğlu. Gəncə kimi şəhərin komandası göydə Allahın, yerdə Şahin Diniyevin ümidinə qalıb…

Oyuna gəlincə, Diniyev ilk yarıda aparıcı futbolçuların əksəriyyətini ehtiyatda saxlayaraq, ehtiyat qüvvəyə şans verdi. 4-4-1-1 sxemindən yararlanan baş məşqçi qapını ilk dəqiqələrdən meydanda olan yeganə legioner Tadas Simaitisə həvalə etmişdi. Onun önündəki futbolçular soldan sağa olmaqla bu şəkildə düzülmüşdülər: Tural Axundov, Tural Nərimanoğlu, Azad Kərimov, Novruz Məmmədov, Tural Rzayev, Nicat Qurbanov, Vüqar Bəybalayev, Ceyhun Cavadov. İrəli ucda Tural Qürbətov, bir qədər geridə isə Orxan Əliyev çıxış edirdi.

Əsas futbolçuların yoxluğunda "Kəpəz" "Şərurspor"la müqayisədə elə də üstün görünmürdü. Düzdü, matçda hesabı 20-ci dəqiqədə Orxan açdı. Ancaq I divizion təmsilçisi bir qədər sonra bərabərlik qolunu vurmağı bacardı. Buna rəğmən, gəncəlilər fasiləyə üstün durumda yollana bildilər. Nicat Qurbanovun sağ cinahdan ötürməsini Tural Qürbətov tora qovuşdurdu.

Qapıçıları 30 dəqiqəlik intervalla oynadan, Simaitisdən sonra Əyyub Əliyev və Davud Kərimiyə şans verən Diniyev fasilədən sonra aparıcı futbolçuları da meydana buradı. Komanda ikinci hissəyə bu meydan oyunçuları ilə başladı: (soldan sağa) Şəhriyar Rəhimov, Renan da Silva, Şəhriyar Əliyev, Novruz Məmmədov, Dario Federiko, Vüqar Bəybalayev, Kərim Diniyev, Orxan Əliyev, Serjio, Julien Ebah. Matçın gedişində Bəybalayevi Nicat Qurbanovun, Novruz Məmmədovu isə Ceyhun Cavadovun əvəzlədiyini diqqətinizə çatdıraq.

"Kəpəz" əsas heyətlə səviyyə fərqini ortaya qoya bildi. Yeganə problem son günlər “dəcəllik” edən və maaşından narazı olduğu deyilən Dario ilə bağlı idi. Braziliyalı meydanda özünü bir qədər ərköyün aparırdı. Onun topu lüzumsuz yerə stadiondan kənara vurmasından sonra Diniyev braziliyalıya "ağıllı ol" mesajı yolladı. Maraqlıdı ki, baş məşqçi ona sözünü çatdırmaq üçün dil baryeri səbəbi ilə 2 futbolçudan – Ebah və Serjiodan istifadə etdi.

İkinci yarı demək olar ki, yalnız "Kəpəz" hücumları ilə keçdi. Təsadüfi deyil ki, fasilədən sonra gəncəlilər daha 4 qol vuraraq, yekun nəticəni müəyyənləşdirdilər. Ebah öncə Vüqarın, ardınca Novruzun ötürmələrini qola çevirəndən sonra Diniyevin qulaqburması verdiyi Dario fərqləndi. Braziliyalıya qol ötürməsini isə Novruz verdi. Son qol isə Ebahdan məhsuldar ötürmə alan Orxandan gəldi.

Ümumilikdə götürsək, "Kəpəz" komanda şəklində yaxşı təsir bağışladı. Düzdü, rəqib I divizion klubu idi. Lakin isti hava şəraitində, idealdan uzaq bir meydançada gəncəlilər bacarıqlarını ortaya qoya bildilər.

Qeyd edək ki, Premyer Liqanın I turunun son oyunu olacaq "Qəbələ" –  "Kəpəz" matçı avqustun 8-də keçiriləcək.

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm