Bizi izləyin

Ölkə futbolu

Son 25 ildə: SSRİ yığmasına layiqli namizəd yetişdirməmişik

Rusiyanın nüfuzlu sports.ru portalında "Futbol üzrə …

blank

Rusiyanın nüfuzlu sports.ru portalında "Futbol üzrə SSRİ yığma komandası 1992-2016-cı illərdə necə görünərdi"  başlığı ilə yazı dərc olunub. Futbolinfo.az saytı xəbər verir ki, məqalədə keçmiş postsovet ölklərinin vətəndaşlarından ibarət müxtəlif dönəmləri əhatə edən fərqli "11-lik"lər tərtib olunub. Təəsüf doğuran məqam azərbaycanlı futbolçulardan heç birinin milliyə layiq görülməməsidi.

Yazıda qeyd olunur ki, SSRİ yığmasının son uğuru 1988-ci ilə təsadüf edib – Avropa çempionatında 2-ci yer və Yay Olimpiya Oyunlarında qızıl medal: "DÇ-1990-da SSRİ yığması uğursuzluğa düçar oldu, AÇ-1992-də isə MDB yığması iştirak etdi. 1994-cü ildən etibarən, Rusiya millisi beynəlxalq turnirlərdə iştirak etməyə başladı. Latviya millisi AÇ-2004-də, Ukrayna yığması isə DÇ-2006-da yaxşı çıxış etdi. Vəssalam, postsovet ölkələrinin komandalarının 25 ildəki nailiyyətləri bundan ibarətdi. Çox azdı. Görəsən, SSRİ dağılmasa, necə olardı? Komandanın heyəti necə olardı və 25 ildə nələr əldə edə bilərdik?"

Qeyd: Oyunçuların milli kimliyi onların hansı ölkənin futbol məktəbinə mənsub olması ilə müəyyənləşdirilir. Məsələn, Segey Semak Luqansk idman-internat məktəbinin yetirməsidi – ukraynalıdı. Əgər SSRİ dağılmasaydı, o, ÇSKA-ya gəlməz, ukraynalı futbolçuıarın açdığı cığırla gedərdi: "Zarya", Kiyev "Dinamo"su, "Şaxtyor", "Metallist", "Dnepr".

1992 – Valeri Lobanovskinin gedişi, Anatoli Bışovetsin gəlişindən sonra bir qədər yenilənmiş heyət olardı. Komandanın özəyini 1988-ci ildə Suel Olimpiyadasının qalibi olan heyət təşkil edərdi: ruslar, ukraynlaılar, gürcülər, belaruslar.

blank

Şərh: Seul Olimpiyadasının qaliblərindən olan İqor Ponomaryov heyətdə yer almayıb. Görünür, müəllif onun əsasən ehtiyatda qaldığını nəzərə alaraq, kənarda qoyub. Ponomaryovun heyətə düşməməsinin fonunda, 1987-ci ildə 16, 1988-ci ildə 19 yaşadək futbolçular arasında təşkil edilən Avropa çempionatında SSRİ millisinin heyətində çempion olan və "11-lik"də yer alan Arif Əsədovun da kənarda qalması hardasa, başadüşüləndi. Lakin 1992-ci ildə Rusiya çempionatının bombaridi olan Vəli Qasımovun SSRİ yığmasına layiq görülməməsi təəcüb doğura bilər. Amma həmin dövrün reallıqların da nəzərə almaq lazımdı. Hücumda yer alan Sergey Yuran Portuqaliyanın "Benfika", İqor Kolıvanov isə İtaliyanın "Fodca" klublarında çıxış edirdilər. Yəni, müəllif legioner həyatı yaşayanlara üstünlük verib.

1996 – Oleq Romantsevin baş məşqçisi oluğu komanda rusiyalı və ukraynalı futbolçulardan təşkil oluna bilərdi. Yalnız bir istisna ilə: gürcü Omar Tetradze.

blank

Şərh: Bu illər Azərbaycan üçün çətin dövr idi. İnsanları futboldan çox ölkənin durumu maraqlandırırdı. Buna rəğmən, Nazim Süleymanov "Alaniya"da adından söz etdirməyə başlamışdı. Lakin müəllif yenə də legionerlərə üstünlük verib.

2000 – Valeri Lobanovskinin baş məşqçisi olduğu yığma 2 millətdən – ruslar və ukraynalılardan təşkil olunardı.

blank

2004 – Oleq Bloxinin rəhbərlik etdiyi kollektivin "11-liy"ində 6 rus, 4 ukraynalı və 1 gürcü yer alardı.

blank

Şərh: Burada müəllifin bir futboçuya – "Bakı"nın sabiq hücumçusu Maris Verpakovskisə qarşı haqsızlıq etdiyini düşünürük. Latviya millisi əsasən bu futbolçunun istedadı sayəsində AÇ-2004-də vəsiqə qazanmışdı. Və həmin vaxt Verpakovskis Kiyev "Dinamo"sunda çıxış edirdi. Hər halda, o, Andrey Varoninlə müqayisədə daha yaxşı variantdı.
 
2008 – ci ildə Qus Hiddink rus və ukraynalı futbolçularla yanaşı, gürcü Kaxa Kaladze ilə belaruslu Aleksandr Qlebi də əsas heyətə götürərdi.

blank
 
2012 – Müəllif bu dövr üçün biri digərindən cüzi fərqlənən 2 "11-lik" təşkil edib. Və siyahı da Rusiya millisinin azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov da var.

blank
    
2016 – 2012-ci ildə olduğu kimi, 2016-cı ilin də "11-liy"ində ruslar çoxluq təşkil edir. Heyətdə başqa 2 millətin nümayəndəsi var. 2 ukaraynalı və 1 erməni. Təbii ki, həmin erməni yaxınlarda 42 milyon avroya "Mançester Yunayted"ə transfer olunan və illik maaşı 12, 5 milyon avro təşkil edən Henrix Mxitaryandı.

blank

Son söz əvəzi: Məqalə müəllifinin əsasən rus və ukraynalılara üstünlük verməsi normaldı. Ümumilikdə 8 fərqli "11-lik"yə digər postsovet ölkələrindən cəmi 6 futbolçu düşüb: 3 gürcü, 2 belarus, 1 erməni.

Müəllifin azərbaycanlılara qarşı haqsızlıq etdiyini düşünmək düzgün olmazdı. İnsaf naminə qeyd etməliyik ki, müstəqillik dönəmində ən azı Avropa səviyyəsində tanınan bir nəfər də olsun, futbolçu yetişdirə bilməmişik. Vəli Qasımov, Nazim Süleymanov, Rəşad Sadıqov, Mahmud Qurbanov, Samir Əliyev, Kamal Quliyev, Vaqif Cavadov, Zaur Ramazanov, Emin Quliyev və digərləri yalnız bizim üçün önəmli simalar ola bilərlər. Lakin onlardan heç biri ölkə hüdudlarından kənarda parlaq futboçu kimi qəbul olunmayıblar. Digər tərəfdən, son illər AFFA milli komandamızda oynamaq üçün ölkə xaricindən futbolçu daşıyır. Kimsəyə lazım olmayan dağıstanlıların, türkləri ümidinə qalmışıq. Belə vəziyyətdə biz hara, SSRİ yığmasına oyunçu vermək hara?

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm