Ölkə futbolu
“Qarabağ”ın 4 potensial rəqibi bəllidi
UEFA Çempionlar Liqasında mübarizəni dayandıran “…
UEFA Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, artıq bu mərhələdə Ağdam klubunun dörd potensial rəqibi bəllidir.
Bunlar “Qarabağ” kimi, Çempionlar Liqası ilə vidalaşan “Dinamo” (Gürcüstan), BATE (Belarus), “Rusenburq” (Norveç) və Serbiyanın “Srvena Zvezda” komandasıdır.
Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının üçüncü təsniaft mərhələsinin bu gün keçiriləcək cavab oyunlarından sonra bilinəcək.