Bizi izləyin

Ölkə futbolu

“Qəbələ”nin 12-ci oyunçusu ol!

Sabah “Qəbələ” Avropa Liqasının pley-off mərhələsi…

blank
Sabah “Qəbələ” Avropa Liqasının pley-off mərhələsinə çıxmaq uğrunda savaş verəcək. Bir həftə öncə Fransada “Lill”in qonağı olan Roman Qriqorçukun yetirmələri adlı-sanlı rəqibi qarşısında cılızlaşmadılar, əksinə, dişlərini göstərib, sarsıtdılar. Həmin gecə “Qəbələ” boyundan hündürə tullandı və 1:1-lik nəticəni aktivinə yazdı.
 
Əlbəttə, fransızlar ilk yarıda təmsilçimizə saymazyana münasibət göstərmişdilər; əlbəttə, ukraynalı mütəxəssis rəqibini daha yaxşı təhlil etmişdi; əlbəttə, müəyyən epizodlarda bəxt “Qəbələ”nin tərəfində idi. Amma eyni sayda “əlbəttə”lər əks istiqamətə də yönələ bilər.
 
Əlbəttə, “Qəbələ” ötənilki deyil və indi kifayət qədər avrokubok təcrübəsi olan bir komandadı; əlbəttə, ötənilkiylə müqayisədə komandanın hücum potensialı fansatik dərəcədə artıb; əlbəttə, təmsilçimiz cavab qarşılaşması öncəsi kağız üzərində daha şanslı görünür.
 
Bəs, reallıqdakı vəziyyət necədi? “Lill” “Böyük beşlik” ölkələri çempionatında iştirak edir və mövsüm ərzində 38 “Böyük oyun”da çıxış edir. “Qəbələ” üçün “Böyük oyunlar” seriyasına yalnız Avropa Liqasındakı bəzi görüşləri, habelə “Qarabağ”la 4 matçı daxil etmək olar. Rəqibin fiziki hazırlığı “qırmızı-qaralar”dan nəzərəçarpacaq dərəcədə üstündü. Texniki baxımdan Qriqorçukun bəzi üzvləri “Lill”i kölgədə qoyur. Komanda oyununda fransızlar daha güclüdü. Komandaların müdafiə xəttinə nəzər saldıqda, nisbi bərabərliyi görürük: nə bizimkilər, nə fransızlar avtomatlaşdırılmış müdafiə xəttinə sahib deyillər.
 
“Qəbələ”nin əsas məqsədi qol buraxmamaq olsa da, tam heyətlə müdafiə olunmaq təmsilçimizin de-fakto start fitindən öncə məğlubiyyət bayrağını qaldırması anlamına gələr. Fransızlar hücum etməyi sevir, fransızlar hücum etməyi bacarır. Xüsusilə, cinah hücumlarında “Lill” olduqca təhlükəlidi, üstəlik, sürətdə də “Qəbələ”dən yarım addım öndədi. Deməli, Qriqorçukun yetirmələri daha bir 90 dəqiqə boyundan hündürə tullanmalı, öyrəşmədikləri templə ayaqlaşmalıdılar.
 
Ortaya çıxan sual: Nəyin hesabına?
 
AZARKEŞLƏRİN! Bayağı görünə bilər, ancaq az-çox futbol oynamış insan bilir ki, yorulanda, ayaqlar artıq sözə baxmayanda, “davay-davay” həlledici məqama çevrilir. “Həə-həə, bir az da, qaç, çat” kimi dəstək oyunçuya güc verir, o anlayır ki, arxasında qüvvə var və həmin kütlə inanılmaz zirvələrin fəth edilməsində həlledici pay sahibi olur. Sabah da “Qəbələ”nin 12-ci oyunçuya ehtiyacı olacaq.
 
Bu gün “Qəbələ”nin azarkeşlərə böyük ehtiyacı var. Əsl azarkeşlərə! O azarkeşlərə ki, ən ağır vəziyyətdə də komandanı irəliyə, qəhrəmanlığa səsləyəcək. Belə olan halda təmsilçimizin nəhəng rəqiblə oyunda şansı yaranacaq. Bəli, qüvvələr nisbəti bərabər deyil, ancaq şans həqiqətən də var və sabah Roman Qriqorçukun yetirmələri qalib gəlsə, onlardan da böyük pay sahibi tribunalara toplaşan azərbaycanlı azarkeşlər olacaq.
 
Bu gün sən “Neftçi”nin, “Qarabağ”ın, “Xəzər Lənkəran”ın, “Kəpəz”in, “İnter”in fanatı ola bilərsən. Ancaq sabah klub mənsubiyyətindən asılı olmayaraq, hamılıqla “Qəbələ”nin yanında olmalıyıq. Necə ki, dünən “Qarabağ” bu dəstəyi gördü. İndi növbə “Qəbələ”nindi. Çünki bu klub ölkədaxili yarışda Qəbələni təmsil edir, sabahsa Avropa arenasında Azərbaycanamızın adını ucaltmağa çalışacaq.
 
8-ci kilometr qəsəbəsindəki stadionda fransızlara “isti qəbul”un nə olduğunu birlikdə göstərməliyik. Sabah “Qəbələ”nin çoxluqda oynaması üçün “12-ci oyunçu” sözünü deməlidi. Özü də unutmayın ki, aldığınız biletlə komandamıza dəstək olursunuz. Alverçilərin, Vətəni arxa plana keçirib, şəxsi mənafeyi üstün tutanlarla işbirliyinə girməyin. Kassalarda bilet kifayət qədər var. Tənbəllik eləməyin, biletinizi kassalardan alın: real qiymətə, kiminsə cibini doldurmaq məqsədi güdən dəyərə yox.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm