Müsahibə
Antonetti: "Bizə ancaq "Qəbələ" mane ola bilər"
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşıla…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qəbələ"nin qonağı olacaq Fransa "Lill"inin baş məşqçisi Frederik Antonetti mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, fransız mütəxəssis sabahkı oyunla bağlı proqnoz verməkdən boyun qaçırıb.
– Futbolçularımızın bəziləri ilk oyunda iştirak etmədilər. Lakin sabah onlar meydanda olacaq. “Qəbələ” ilə cavab görüşü ilə bağlı proqnoz verə bilmərəm.
– Fransada “Qəbələ”dən o cür yaxşı oyun gözləyirdizmi?
– Bəli, gözləyirdik. Çünki “Qəbələ” güclü komandadı. Biz oyundan əvvəl də onların nəyə qadir olduğunu bilirdik. Çünki bu komandanın matçlarını izləmişdik. “Qəbələ”nin məqsədi nədisə, sabah bizim məqsədimiz də elə olacaq.
– Sabah “Lill”in ifasında hücum futbolu görəcəyikmi?
– Bizim öz taktikamız var. Hücum futbolu ola da bilər, olmaya da.
– Ederə əsas heyətdə şans verəcəksizmi?
– Böyük ehtimalla, bəli.
– Portuqaliyalı hücumçuya cavab görüşündə şans verməyiniz “Qəbələ”nin ilk oyunda gözünüzü qorxutması ilə bağlıdı?
– Eder öz mövqeyində oynayır. Onunla 10 aydan çoxdu ki, əməkdaşlıq edirik.
– Sofyan Bufali keçən mövsüm komandanın liderlərindən idi. Onun yoxluğunda “Lill”in taktikası dəyişibmi?
– Təbii ki, onun oyunundan razıyıq. Lakin Bufalinin olmaması komandamıza öz təsirini göstərir.
– Sabah uğura nə mane ola bilər?
– Bizə mane ola biləcək bir şey varsa, o da “Qəbələ” komandasıdı.